Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni müəllif: “Paşinyan dövlətin və dövlətçiliyin nə olduğunu başa düşə bilmədi”

“Paşinyan artıq 1 il yarımdır ki, ölkənin rəhbəridir. Ancaq buna baxmayaraq, dövlət və dövlətçiliyin, hakimiyyətin nə olduğunu, bundan irəli gələn bütün nəticələri və funksiyaları hələ də başa düşməyib. Əsl dövlətin nə olduğunu anlamayaraq, ilk baxışda süni görünən bu qarışıqlığı getdikcə dərinləşdirir”

Bu fikiləri erməni müəllif Armen Hovasapyan öz yazısında qeyd edib.

Müəllif Paşinyanın “Nouvelle d’Arménie” jurnalına verdiyi geniş müsahibəni şərh edib.

Müsahibədə Paşinyan qeyd edib ki, qondarma qurumdakı “hakimiyyət” uzun müddət keçmiş hökumətlə hər cür nəticələri ola biləcək şəkildə işləsə də, hazırkı hökumətlə müəyyən məsələlərdə fikir ayrılığı mövcuddur. O, fikir ayrılıqlarını aradan qaldırmağın ən yaxşı yolu kimi gələn il işğal olunmuş Azərbaycan torpaqlarında keçiriləcək “seçkiləri” görür.

“Onun sözlərindən aydın görünür ki, Paşinyan özü Ermənistan-Qarabağ münasibətlərində mövcud süni, saxta gündəliyə xidmət göstərir. Paşinyan Qarabağın (qondarma qurum-red.) fəaliyyətdə olan “hakimiyyəti”nin Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəsi olub dedikdə, bunun növbəti yalan məlumat olduğu anlaşılandır. Çünki hazırda istər Arayik Harutyunyan, istər Masis Mayilyan, yaxud Aşot Qulyan olsun, Paşinyan elə fəaliyyətdə olan “hakimiyyət”in bir hissəsini təşkil edən, həmçinin Ermənistanın keçmiş hakimiyyəti, o cümlədən, Serj Sarkisyan, Robert Köçəryan, Arkadi Quqasyan hakimiyyəti ilə sıx münasibətləri olan insanlarla əməkdaşlıq edir. Paşinyan 2020-ci ildən sonra Ermənistan və Qarabağ hakimiyyətləri (qondarma qurum-red.) arasında “hökumət”lər səviyyəsində də qarşılıqlı fəaliyyət dedikdə onun sözlərindən belə nəticəyə gəlmək olar ki, Paşinyan əməkdaşlıq etdiyi şəxslərin keçmiş hakimiyyətlə əlaqəli olduğunu ya bilmir, yaxud da gələcəkdə Paşinyanın davranış tərzinə uyğun olan şəkildə sabiq “baş nazir” Arayik Harutyunyana, “xarici işlər naziri” Masis Mayilyana, “parlament sədri” Aşot Qulyana, öz xasiyyətinə uyğun olaraq kələk gələcəyini gözləmək olar”, – deyə Hovasapyan bildirib.

Müəllifin fikirlərinə görə, Paşinyan Samvel Babayanın əli ilə Qarabağ “konstitusiyası”nda dəyişikliklər etməklə Ermənistandan “desant” endirmək niyyətindədir.

Hovasapyan qeyd edir ki, yayılan şayiələrə əsasən Paşinyan Qarabağda “təhlükəsizlik şurasının katibi” kimi Armen Qriqoryanın namizədliyini irəli sürmək niyyətindədir.

“Qeyd olunur ki, Paşinyanın komandasında hamı bilir ki, o, “podstavka” etməkdə qroysmasterdir və öz siyasi amibisiyalarına nail olmaq üçün geri addım atan deyil.
Deyilənlərə sübut olaraq istintaq komitəsi ətrafında baş verənləri göstərmək olar”, – deyə müəllif bildirir.

Məlum olduğu kimi, avqust ayının 15-də hökumətin iclası zamanı istintaq komitəsinin sədri Hayk Qriqoryan “Elard” şirkətinin Amulsar qızıl mədəni ilə bağlı ekspertizasının nəticələrini təqdim edib. Daha sonra isə bu iş üzrə istintaq komitəsinin nümayəndəsi olaraq Yura İvanyan təyin edilib.

Avqust ayının 30-da isə “Elard” şirkəti ilə videobağlantı zamanı ekspertiza ilə bağlı problemlərin olduğu müəyyən olonub. Bundan sonra sentyabr ayının 2-də İvanyana qarşı xidməti araşdırma təyin edilib. Həmçinin, hakimiyyətə bağlı bir sıra KİV-lər istintaq komitəsinin sədri Hayk Qriqoryanın vəzifəsi ilə vidalaşma ehtimalı haqqında məlumat dərc etməkdədir.

“Paşinyan məhz istintaq komitəsinin vasitəsilə öz təşəbbüsünü legitimləşdirməyə çalışır. O, bu sahədə vətəndaş müqavimətinə rast gəlməklə, alovu istintaq komitəsinin üzərinə atmağa səy göstərdi. İstintaq komitəsi belə olan halda Amulsar qızıl mədənindəki qarışıqlığa görə, Paşinyan və onun müşavirlərinin deyil, məhz istintaq komitəsinin məsuliyyət daşımalı olduğunu göstərib. Faktiki olaraq, belə çıxır ki, siyasi qərar nəticəsində belə bir əməliyyat hazırlanıb. Paşinyan mədənin istismarı ideyasının vətəndaşlar tərəfindən kəskin qəbul edilməsini dərk etməklə, birbaşa geri addım ataraq, baş verənlərdə istintaq komitəsini ittiham edib.Yeri gəlmişkən, xidməti araşdırmaya cəlb edilən və günahkar hesab olunanlar arasında İvanyanın tək olmayacağı istisna edilmir. Eyni hal digər güc strukturlarını da gözləyir”, – deyə Hovasapyan bildirir.

O qeyd edir ki, inqilabdan sonra, istintaq komitəsi, polis və digər güc strukturları cəld hərəkət etməklə fəaliyyətdə olan hakimiyyətə sadiq olduqlarını nümayiş etdirir, müxtəlif problemləri həll edir, bəzən isə qanundan yan keçərək, belə əməllərə əl atırlar.

“Təəssüf ki, məhz özlərinin “podstavka” olacaqları vəziyyətə düşə biləcəklərini dərk etmirlər. Həmin güc strukturları, fəaliyyətdə olan hakimiyyətin siyasi ambisiyalarının “səssiz” qurbanlarına çevriləcəklər”, – deyə müəllif fikrini yekunlaşdırır. (Ordu.az)

pia.az


Etiket: Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar