Tovuz şəhərində 3 piyadanı avtomobil vurub
PİA.az-ın məlumatına görə, piyadalardan ikisi uşaq, biri isə qadındır.
Hadisə onlar yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib. Hər 3 piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az