Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbib Nurməhəmmədov: “Bizdə qadınlar papaq qoymur, əsl kişilər papaq daşıyır”

“Titulumu üçüncü dəfə müdafiə etmək? Son iki il mənim üçün çox gərgin keçib”

Bunu MMA üzrə UFC versiyasının dünya çempionu Həbib Nurməhəmmədov deyib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən UFC-242 çərçivəsində ABŞ təmsilçisi Dastin Poryeni məğlubiyyətə uğradan rusiyalı idmançı yüngül çəki dərəcəsində ən güclü olduğunu bir daha sübut edib. 28-ci döyüşdə 28-ci qələbəsini qazanaraq dünya çempionu kəmərini özündə saxlayan H.Nurməhəmmədov titulunu qorumaq üçün növbəti qarşılaşma barədə düşünməyə tələsmir.

O, bunu D.Porye üzərində qələbədən sonra açıqlayıb: “Bir az dincəlmək istəyirik. Üzərimdə, çiyinlərimdə bu qədər təzyiq var. Mənə bir az vaxt verin. Ola bilər ki, bir neçə gün. Mənə istirahət etmək lazımdır”.

Dünya çempionu nailiyyətlərində pay sahibi olanlara təşəkkürünü də çatdırıb: “Bilmirəm, niyə həyatımda bu qədər hadisələr var. Allaha, burda yanımda olan atama, məşqçim Mendesə, qardaşıma, hamıya təşəkkür edirəm. Biz birlikdə doğulub-böyümüşük. Mən hər şeyə onların – atamın, sparrinq-rəqiblərin, qardaşlarımın, İslamın, Zubenin, hamısının sayəsində nail olmuşam. Kimi unutdumsa, bağışlayın. Əmilərimə, dayılarıma, hamıya minnətdaram”.

H.Nurməhəmmədov əynindəki formanı daşıması barədə də danışıb: “Niyə bu futbolkanı geyinirəm? Bilirəm ki, Dastin aktiv şəkildə xeyriyyəçiliklə məşğuldur. Şübhə etməyin, bu geyimi satıb, bütün pulu ona verəcəyəm. Bu, mənim istədiyimdir. Dastinlə bir-birimizə döyüşə qədər də böyük hörmətimiz var idi. Axmaqla üz-üzə gəldiyim ötən döyüşlə müqayisədə tam fərqli münasibətlər. Mən onda çox dəlisov hərəkətlər etdim. Hər şeyi unutmaq istəyirəm. Biz göstəririk ki, MMA nədir. Burda əsas hörmətdir. Zala gələndə məşqçinin dediyi ilk söz o olur ki, buranı təmizlikdə saxlamalı, həmkarlarına, rəqiblərinə, məşqçilərinə hörmət etməlisən. Hörmət hər şeydən öndədir. Bunu Dastin və onun gözəl komandası da göstərir”.

Rusiyalı idmançı başındakı papaq barədə də fikirlərini bildirib: “Rusiyadan, Dağıstandan, bütün MDB ölkələrindən, dünyadan bura gələnlərə təşəkkür edirəm. Burada o qədər papaq gördüm ki. Bununla fəxr edirəm. Bu, təkcə Dağıstanın, Çeçenistan, İnquşetiyanın deyil, bütün Şimali Qafqazın mədəniyyətidir. Mən dağlarda böyümüşəm. Biz orda ona görə papaq daşımırıq ki, hər kəs bunu edə bilər. İlk növbədə şərəfin olmalıdır, sən kişi olmalısan. Bizdə qadınlar papaq qoymur, əsl kişilər papaq daşıyır. Mən bu papaqları görəndə enerji ilə əlavə enerji aldım. Hamıya təşəkkür edirəm”.

Qeyd edək ki, H.Nurməhəmmədov 3-cü raundda boğucu fəndlə amerikalı rəqibini təslim olmağa vadar edib. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar