Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerika Prezidenti Ermənistan hayında deyil"

Bu dəfə Paşinyanın çıxışı daha radikal olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan bu ay ABŞ-a səfərə hazırlaşır. Onun Amerikaya səfərinin 3 məqsədi var. Birinci məqsədi BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış etməkdir. İkinci məqsədi BMT dəhlizlərində ABŞ Prezidenti Donald Trampla görüşün reallaşmasına çalışmaqdır. Üçüncüsü, Nyu-Yorkdan Los-Ancelesə keçib buradakı erməni diasporu qarşısında çıxış etməkdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin  analitik hesabatında belə deyilir.

Paşinyanın Trampla görüşmək istəyinin reallaşması çətindir. Ötən il də Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərməsinə nail oldu. Ancaq bütün cəhdlər boşa çıxdı. Və indi-qlobal ticarət və valyuta müharibələrində iştirak edən və Əfqanıstan adlı tapmacanın həlli problemi ilə üzləşən Amerika Prezidenti, necə deyərlər, Ermənistan hayında deyil.

Bu dəfə Paşinyanın çıxışı daha radikal olacaq

Nikol Paşiyan bu dəfə də BMT Baş Assambleyasında çıxış edəcək. Çıxışının mahiyyətinə gəlincə, Paşinyanın son zamanlar Qarabağ məsələsində radikallaşmasını nəzərə alsaq, onun müraciətinin əsas fabulasını təxmin etmək elə də çətin deyil.

Paşinyan Baş Assambleyada ötənilki çıxışında demişdi ki, “Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır, əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox”. O daha sonra bildrimişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz”, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması isə Ermənistanın xarici siyasətinin prioritetlərindən biridir. Paşinyan əlavə etmişdi ki, “dqr”in statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq.

Nyu-Yorkdakı bu çıxışı ilə sülh danışıqlarına zərbə vuran Paşinyan beynəlxalq aləmi Azərbaycana təzyiqi artırmağa təhrik etmişdi.

“Münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir. Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır”,-deyə N.Paşinyan onda bildirmişdi.

Məmmədyarov və Mnatsakanyan heç nə barədə danışırlar

Maraqlıdır ki, Nikol Paşinyanın “sülhə çağıran” çıxışından bir neçə gün sonra Ermənistanın işğalçı qoşunları hərbi təlimlər keçirmişdi və bununla özləri bölgədəki gərginliyi artırmışdılar. Paşinyan ötənilki çıxışı Nyu-Yorkda AzərbaycanErmənistan Xarici İşlər nazirlərinin görüşündən hər hansı nəticə əldə etməyin mümkünsüzlüyünü bəribaşdan müəyyənləşdirdi. Ötən ilin sentybar ayında isə Paşinyan təxribatçı açıqlamalarını bu tezislərlə möhkəmləndirdi: “Dağlıq Qarabağda referendum keçirilməlidir”, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” (bu il avqustun 5-də Xankəndində dediyi bu ifadəni o hələ bir il əvvəl beyinlərə yetirməyə çalışırdı), “Dağlıq Qarabağın Azərbaycana aidiyyəti yoxdur”.

Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasında budəfəki çıxışında da oxşar tezislərin səslənəcəyini proqnozlaşdırmaq olar. O, ötənilki çıxışına Azərbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər: “Azərbaycan sülhdə maraqlı deyil”, “Azərbaycan münaqişəni hərbi yolla həllinə üstünlük verməklə bölgədə müharibə risqini artırır”.

Deyəsən, Paşinyan yalnız bir dili başa düşə bilər - və bu "müharibə dili"dir

Aydındır ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan Xarici İşlər Nazirliyi ənənəvi açıqlamasını yayacaq. Ancaq Paşinyanın təxribatçı çıxışlarına daha ciddi reaksiya verilməlidir. Yaxın gələcəkdə Məmmədyarovun Mnatskanyanla görüşünə yalnız zəif məlumatlı optimistlər etibar edə və konstruktiv dəyişiklik prosesinə ümid bəsləyə bilərlər. İki ölkənin Xarici İşlər Nazirliyi başçıları arasında danışıqlar – danışıq prosesinin əsl təqlididir, necə deyərlər, heç nə haqqında söhbətdir.

“Atlas” Araşdırmalar Mərkəzinin analitikləri Azərbaycan hökumətinə Paşinyanın Madrid tənzimləmə prinsiplərinə qayıtması və qoşunların Qarabağdan kənarda işğal olunmuş ərazilərdən çıxarılması barədə düşünməsi üçün daha radikal və effektiv tədbirlər hazırlamağı təklif edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar