Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu tip məmurların bəziləri çox harınlayıb...” - Ekspert

“Əslində mən oliqarxların özləri üçün 15 illik münbit, rəqabətsiz biznes mühiti yaratmasından yazmışam, Siyavuş Novruzov isə bu mühitin 15 il ərzində onlara bəxş etdiyi resurslara diqqət çəkib. Komitə sədri haqlıdırmı?”

Bunu siyasi ekspert Osman Gündüz deyib. Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı səsləndirdiyi ittihamları şərh edən O. Gündüz bildirib ki, bəzi istisnalarla, sabiqlərin əksəri indiki bizneslərini sıfırdan qurmayıblar, indi sahib olduqlarını öz bilik və bacarıqları, fitri istedadları, biznes təfəkkürləri, innovativ düşüncələri əsasında yaratmayıblar:

“Əksinə, öz bilik və bacarığı ilə, öz halal vəsaitləri və əziyyətləri ilə biznes quranlara inzibati yollarla yetərincə maneçiliklər ediblər.

Son baş verən hadisələr göstərir ki, bu tip şəxslərin bəziləri çox harınlaşıblar, hətta hökumətə qarşı açıq-aşkar tabesizlik nümayiş etdirilər.

Onların indiki sərvəti, biznesi, cah-cəlalı və xarici ölkələrdəki biznesləri məhz inzibati resurslar, dövlət vəsaitləri, vəzifənin verdiyi imkanlar və sui-istifadələr əsasında, vəzifənin verdiyi əlaqələr hesabına əldə edilib.

Çoxusu da, bir-ikisi istisna olmaqla, məhz bu səbəbdən, işdə yol verdiyi səhvlərə görə, harınlaşdığına görə, dövlət əmlakını dağıtdığına və mənimsədiyinə görə vəzifəsindən azad olunub.

Əgər bu tip şəxslərin sahib olduqları nəhəng sərvət şəffaflaşarsa, onlar şəffaf fəaliyyət göstərməyə başlayarlarsa, öz vəsaitlərindən dövlətin və cəmiyyətin inkişafı üçün, ölkədə biznes sektorunun, təhsilin və texnologiyaların inkişafı üçün şəffaf formada , hansısa fondlar təsis etməklə istifadə olunarsa bəlkə də onlara qarşı başqa yanaşma sərgiləmək olardı.

İndi Siyavuş müəllimin təklifi ondan ibarətdir ki, əgər bütün bu resursları Sizə biz vermişiksə və Siz indi dövlətə, hökumətə bir qəpik xeyir vermirsinizsə, əksinə problem yaradırsınızsa onda bizim verdiyimiz, bizim hesabımıza əldə etdiyiniz resurslar nə üçün sizdə qalmalıdır? Ya mövqe bildirin, ya da...

İndi necə olacaq? Siyavuş müəllimi çoxdan tanıyıram, boşuna söz deyən deyil, hökumətdə də söz sahibidir, güman ki bu açıqlama nəticəsiz qalmayacaq”.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar