Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmperalizmin yeni taktikaları: Qanlı küçə aksiyaları

Dünyadakı böyük qüvvələrin bir çox taktikalarından bəhs etmişik. Bəs küçə etirazları?

Ergün DİLER,
“Takvim” qəzeti, Türkiyə, 6 sentyabr 2019-cu il

Mediadan izlədiyimiz kimi, dünyanın böyük qüvvələri bir müddətdir bəzi taktikalar üzərində məşq edirlər. Məsələn, hər hansı bir ölkəni strateji ortağı olmağa məcbur edirlər. Əgər o ölkə buna razı olmasa, orada küçə etirazları başladırlar.

ABŞ-dakı “Wall Street” və irqçi Ferquson aksiyaları, İtaliyadakı “Forconi” aksiyası, Almaniyadakı irqçi etirazlar, Türkiyədəki Gezi hadisələri, Fransadakı Sarı Jiletlilər və son olaraq Honkonqdakı küçə iğtişaşları…

Burada da iki qüvvə bir-birinə qarşı aksiya təşkil edib. İstənilən vaxt bütün BMT üzvü ölkələrin hamısında eyni vaxtda aksiyalar təşkil edə bilirlər.

Hətta istəyəndə küçə etirazlarını iqtidarı dəyişdirmək üçün daha da qızışdırırlar. Ərəb Baharı da bir küçə aksiyası ilə başladı və nəticədə, ölkədə 6 prezident dəyişdi.

Ukraynada rəngli inqlablar kimi tanınan küçə aksiyaları da iqtidarı dəyişdirə bildi.

Bu cür etiraz aksiyaları ölkələrdəki əsas media axını və sosial media vasitəsilə dəstəklənir. Hər ölkədə seçilən gizli qalalar var. Əsas məsələ də elə bunlardır. Çünki bunları o ölkənin kəşfiyyat qüvvələri belə bilmir. Yəni sistem o qədər güclüdür ki, 198 ölkəni bir-birinə bağlayan bu zənciri kəşfiyyat təşkilatları belə aça bilmir. Honkonqdakı nümayişlərini təşkil edən Coşua Vonq, Endi Çen və Aqnes Çou saxlanılıb. Bu üç nəfər də Amerikadan dəstək alan gizli “fiqurlar”dır. Lakin onların Amerikadan aldığı dəstəyi sübut edə bilməyəcəklər və yaxın zamanda azadlığa buraxılacaqlar.

Sarı Jiletlilər aksiyasının təşkilatçılarından olan Cerome Rodrigezə plastik mərmi ilə atəş açdılar, həbs etdilər və daha sonra azadlığa buraxıldı. Ardınca Priskilla Ludoski, Erik Droet və Sofi Tisser istintaqa cəlb edilib və buraxılıblar. Hər gün yeni bir liderin adını eşidirik. Təbii ki, onlar da fiquranların siyahına aiddirlər.

Fransa prezidenti Emmanuel Makron şəxsən Fransa Ədliyyə naziri Nikol Bellobetlə görüşüb. O, liderlərin həbs edilməsini istəyib. Bellobet də hakimlərlə görüşüb, lakin bütün aksiya liderləri həbs edilməyib. Fransa kimi bir ölkənin prezidenti belə küçə aksiyalarının liderlərini həbs etdirə bilmədi. Çünki onları küçələrə tökən qüvvə Makrondan daha güclüdür. Üstəlik, Makrondan belə üstün olan bu güc, həmçinin, Obamadan və Trampdan da güclüdür.

İndilərdə isə aksiyaların yeni mərhələsinə keçməyə qərar veriblər. Yəni bundan sonra Avropanın bir çox ölkəsində keçirilən aksiyalar daha da qanlı olacaq. İngiltərədəki BREXİT aksiyaları da bir terror hücumu ilə daha da böyüyəcək və ya küçə nümayişlərində qan töküləcək. İlk məşqin İngiltərədə baş tutması gözlənilir.

İngiltərədən sonra hədəfdəki digər ölkələr İran, Türkiyə, İtaliya, İspaniya və Şimali Kipr Türkiyə Respublikasıdır. Çünki küçə etirazlarını başladan qüvvə Aralıq dənizi ilə bağlı hədəfini artıq bildirib. Aralıq dənizindən başlayan güc axını Avropa Birliyinə, Asiyaya və Afrikaya hökmranlıq edəcək.

Aralıq dənizi ilə sərhəd olan Şimali Afrika ölkələri də yenidən nümayişlərə məruz qalacaq. Elə bilməyin ki, bu gücün mənbəyini artıq tapmışıq. Məsələn, Honkonqda Pentaqonun keçirdiyi aksiyalara qarşılıq verən Rotşild ailəsinin bankları və universitetləri oldu. Buna görə də, hər nümayişin mərkəzi Pentaqon-MKİ ortaqlığı olmayacaq.

Rotşild ailəsinin 198 ölkədə minlərlə universiteti var. Yeri gəlmişkən, təhsil dönəminin də başladığını nəzərə alsaq, hər ölkədən olan universitet tələbələrinin küçələrə tökülməsi üçün layihələr hazırlandığını yaxın zamanda görəcəyik.

Əlbəttə ki, Türkiyənin önəmli universitetlərinin rektorlarının eyni həftədə Marseldəki bir malikanədə apardığı müzakirələr heç də yeni təhsil ili ilə bağlı deyil.

Eyni gündə Almaniyadan 9, İngiltərədən 11, Fransadan 21 rektorun da oradakı başqa villalarda görüşməsi təsadüf deyil. 40-a yaxın ölkədən önəmli universitetlərin rektorları nəyi müzakirə edə bilər? Görəsən, Honkonq aksiyalarını təşkil edə biləcəklərmi?

Aralarındakı kommunikasiya, xüsusilə də, kəşfiyyat təşkilatlarının belə tapa bilmədiyi bu şəbəkə, görəsən, küçələri necə öz təsiri altına alacaq? Gizli toplantıda nəyə qərar verildi? MKİ-Pentaqon ortaqlığı hansı addımları ata bilər? Aralarındakı çəkişmə Türkiyəyə təsir edə bilərmi? Güman ki, xeyr. Amma diqqətli olmaq lazımdır.

Unutmayaq ki, hədəfdəki ölkə Türkiyədir. Aralıq dənizində, Suriyada və ölkə daxilində Türkiyə çox ayıq davranmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar