Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tez-tez tualetə getmək xərçəng əlamətidir?

Həkimdən qorxunc xəbərdarlıq

Türkiyəli ginekoloq Emel Kurtoğlu Özdeşin sözlərinə görə, tez-tez sidiyə çıxmaq xərçəng xəstəliyinin əlaməti ola bilər.

Yumurtalıq xərçəngi müəyyən edilməsi çətin olan qadın xəstəlikləri arasında yer alır. Həkimin sözlərinə görə, diaqnozu əsasən daha irəli mərhələdə müəyyən olduğu üçün qadınlarda ən çox ölümə səbəb olan xəstəliklərin başında gəlir. Ailə üzvlərində yumurtalıq və ya döş xərçəngi olan qadınların xəstəliyə yaxalanma riski daha yüksəkdir. Eyni zamanda, sonsuzluq, şokolad kisti ilə mübarizə aparan, siqaret istifadə edən və kök qadınlar da yumurtalıq xərçəngi riski daşıyır.

Yumurtalıq xərçənginin ən mühüm əlamətləri belədir:

Qarın şişkinliyi;

Yemək istəyinin az olması və ya tez doyma hissi yaşamaq;

Tez-tez sidiyə çıxmaq;

Təkrarlanan qasıq və ya qarın ağrısı.

Yumurtalıq xərçənginin əlamətləri

Bu şikayətlər son bir il ərzində ilk dəfə ortaya çıxıbsa və ya ayda 12 dəfədən çox təkrar edirsə, problemləri yaşayan xəstə vaxt itirmədən həkim müayinəsindən keçməlidir. Lazım görüldüyü təqdirdə xəstənin ginekoloji xərçəng cərrahiyyəsi sahəsində ixtisaslaşmış həkimə istiqamətləndirilərək lazımi müalicənin başlanması təmin edilir.

Erkən diaqnostika müalicə şansını artırır

Keçmiş dövrlərdə "səssiz qatil" kimi qəbul edilən və irəliləmiş mərhələlərdə müəyyən edilə bilən yumurtalıq xərçəngi xəstələrin yaşama şanslarını minimuma endirirdi, dövrümüzdə isə inkişaf edən müalicə üsulları və texnoloji yeniliklər yumurtalıq xərçənginin diaqnoz və müalicə şansını artırmağa başlayıb. Həmçinin illik ginekoloji müayinə və ultrasəs təkcə yumurtalıq xərçəngi üçün deyil, bütün pelvis orqanlarının da müayinədən keçməsi mühüm əhəmiyyət daşıyır.(publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar