Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın islamlaşmaq qorxusu

Türkiyə bu ölkədə fəaliyyətini gücləndirib; əhalinin 10 faizindən çoxu isə müsəlmanlardır...

David Tabatadze

regnum.ru, 04.09.2019

Gürcüstanın sentyabrın ikisində istefaya getmiş keçmiş baş naziri Mamuka Baxtadze avqustun 12-də Didqoroba gürcü xalq baryamı keçirilən vaxt iştirakçıların hamısına ucadan bildirib:“Didqori döyüşü gürcülərin hər biri üçün davam edir”.

Gürcü çarı David Aqmaşenebeli 1121-ci ildə Didqoridə səlcuq türkləri üzərində qələbə çalıb, bunun ardınca gələcək paytaxtı – Tiflisi azad etməyə, habelə Gürcüstanın ümumi birləşməyinə gətirib.

Baxtadze indiki an üçün Türkiyənin bütün Cənubi Qafqazda sürəkli ekspansiyası problemini səsləndirib. Gürcüstan torpaqlarının Türkiyənin özəl maraqları çevrəsinə daxil olduğuna şübhə etmək lazım gəlmir. Türkiyə prezidenti Rəcəb Ərdoğanın 2016-cı il oktyabrın 15-də Türkiyənin Rizə şəhərində universitetdə çıxış edərkən səsləndirdiyi ifadəni bunun təsdiqi kimi göstərmək olar. Onun sözlərinə görə, türk dövləti bu gün Türkiyənin “qeyri-legitim” sərhədlərinin birbaşa yaxınlığında yerləşən əraziləri özününkü sayır. Türkiyə prezidenti bildirib: “İraq, Suriya, Liviya, Krım, Qarabağ, Azərbaycan, Bosniya və başqa qardaş bölgələr bizim maraqlar çevrəmizə daxildir”.

Türkiyə prezidenti bildirib: “Tarixçilərin çoxu hesab edir ki, Kipr, Hələb, Mosul, Ərbil, Kərkük, Batumi, Saloniki, Varna, Qərbi Frakiya və Egey dənizinin adaları Türkiyənin sərhədlərinə daxil olmalıdır”.

Ərdoğanın Batumiyə özəl münasibətini onun mənşəyi ilə izah etmək olar, axı şayiələrə görə, onun ulu babaları acar olub. Gürcüstanın Acariya, Samshe-Cavahetiya, Kvemo-Kartli və Kahetiya Türkiyə ekspansiyası ilə qalanlarından daha tez-tez üzləşir. Diqqətçəkəndir ki, Ankara “yumşaq güc” işlədir, gözədəyməz olmağa çalışır və qoyulan vəsaitin əlüstü götürüləcəyinə bel bağlamır. Türkiyə əsas vurğunu öz nüfuzunun dini, iqtisadi və təhsil tərkib hissələrinə edir. Bundan başqa, Türkiyə azərbaycanlı icmasının sıx yaşadığı Kvemo-Kartli və Kahetiya bölgələrində (Borçalı mahalı-tərc.) qonşu Azərbaycanın yardımından fəal istifadə edir. Qeyd etmək zəruridir ki, indiki anda Türkiyəyönlü ictimai qurumların və humanitar layihələrin bütün şəbəkəsi Türkiyənin beynəlxalq işbirliyi və inkişaf üzrə “TİKA” agentliyinin himayəsi altında işləyir. Bu qurum çox vaxt MİT – Türkiyənin Milli Kəşfiyyat Təşkilatı üçün pərdə kimi çıxış edir.

Mədəni və humanitar sahələr

Gürcüstanın müsəlman əhalisi ölkə əhalisinin on faizdən çoxunu təşkil edir və bu rəqəm elə hey artır. 2000-ci illərin başlanğıcından türk missionerləri tərəfindən fəal islamlaşma aparılır. Deməli, 2002-ci ildə Azərbaycan sərhədindəki Kvemo-Kvartlidə, Marenuli bölgəsinin Meoro-Kesalo kəndində Türkiyəninn maliyyə dəstəyi ilə çox sayda yerli gəncliyi öz divarları arasına toplayan islam mədrəsəsi açılıb. Bu təhsil müəssisəsinin dinləyiciləri tezliklə təhsil müəssisəsindən qıraqda Türkiyəyönlü təbliğata başlayıblar. Türkiyə tərəfi ən yaxşı tələbələri sonrakı təhsil üçün qəbul edib. Keçmiş tələbələr 2006-2008-ci illərdə Türkiyədə təhsil alaraq Gürcüstan ərazisində “Hüzur”, “Gürcüstan müsəlmanları cəmiyyəti” və “Gürcüstan gənclərinə təhsil və yardım cəmiyyəti” kimi Türkiyəyönlü bir neçə gənclər təşkilatı qurublar. Bu təşkilatların fəaliyyətini “Gürcüstan-Türkiyə dostluq assosiasiyası”nın başçısı Emin Şəkərci himayə edib. Elə o, Meoro-Kesaloda mədrəsəyə uzun müddət başçılıq edib və o zaman Türkiyə xüsusi xidmətlərinin özünəməxsus “təsir agenti” olub.

Türkiyə səfirliyinin dini məsələlər üzrə keçmiş attaşesi Əhməd Ərdəm Türkiyənin maraqlarında səylərin ümumi koordinasiyasını həyata keçirib.

Sadalanan təşkilatlar ötən illər boyunca öz üvlərinin sayını xeyli artırıb və yerli əhali arasında nüfuz və rəğbət qazanıb. Dini bayramlar zamanı ehtiyaclı ailələrə təmənnasız yardım bu işdə böyük rol oynayıb. Artıq sözügedən “TİKA” agentliyinin xəttilə belə xeyriyyəçiliyə vəsait ayrılıb. Onun başçıları Sərdar Çam, Məhməd İlmaz və Rəsul Durmaz Gürcüstan yönündə özəl fəallıq göstəriblər. “Hüzur” və “Gürcüstan müsəlmanları cəmiyyəti” yarandığı gündən türk missionerlərin Gürcüstan torpağında apardıqları ictimai, dini və humanitar proseslərə fəal qatılıb. Müsəlman cəmiyyətlərindəki təhsil kurslarında dinlə yanaşı türk, gürcü və ingilis dillərini, habelə kompüter savadı öyrədiblər. “Gürcüstan gənclərinə təhsil və yardım cəmiyyəti” öz təhsilini Türkiyə ali məktəblərində davam etdirmək istəyən abituriyentlər üçün son illərdə hazırlıq kursları aparıb. Proqram habelə Türkiyə səfirliyinin fəal dəstəyi ilə gerçəkləşdirilib. Təşkilat dini təbliğata və gəncliyi Türkiyəyönlü təşkilatlara çəkməyə həsr edilən humanitar “Uğur” dərgisini də buraxıb. Azərbaycanın “Gənclərə yardım fondu”, habelə Gürcüstanda işləyən türk biznesmenləri son illərdə ictimai birlikləri maliyyələşdirməyə qoşulub. Türkiyənin “Çağlar” şirkəti Rustavi şəhərində islamı populyarlaşdırmaqla məşğul olur. Türk pedaqoqların birinci-altıncı siniflərdə dərs dedikləri “Rustaveli adına məktəb-litsey ” onun himayəsi altında işləyir.

Biznes maraqları

Gürcüstan torpağında “TİKA” agentliyi üzərindən müxtəlif iqtisadi layihələr də həyata keçirilir. Türkiyə “biznesmenləri”ni, əsasən, tikinti, nəqliyyat və tibb sahələri maraqlandırır. Onlar fəaliyyət göstərmək üçün vəsaiti kredit kimi türk banklarında problemsiz tapırlar.

Bundan savayı, türklər torpaq ehtiyatlarına böyük maraq göstərir və Gürcüstanda kənd təsərrüfatı yerlərini fəal alıblar. Lakin hökumət 2018-ci ilin sonunda əhalinin tələblərini eşidib və əcnəbi vətəndaşların Gürcüstan torpaqlarını yiyələnməyinə yasaq qoyub.

Türkiyənin “TAV Airports Holdings” şirkəti 2007-dən başlayaraq Tiflisdə və Batumidə Gürcüstanın iki hava limanını tikib və yenidən qurub. Bu firma indiki anda onları yönəltməyi davam etdirir. Hətta Batumi hava limanının Türkiyənin Hopa şəhərinə yaxınlığına görə türklər aeroportdan özlərinin daxili limanı kimi istifadə edir və hətta əlavə imtiyazları var. Türkiyə vətəndaşları təyyarənin yanında onları ayrıca avtobusun gözlədiyi və gömrük məntəqəsindən yan keçməklə Türkiyə bölgəsinin ərazisinə apardığı Batumiyədək aviabilet alırlar.

Gürcüstan Türkiyənin maraqlar dairəsindədir

Gürcüləri islamlaşdırmaq və “türkləşdirmək” tendensiyası diqqəti çəkməyə bilməz. Gürcüstan rəhbərliyi bu prosesləri sanki qıraqdan seyr edir. Xarici dövlətlərin ölkənin güney bölgələrini təsdircən islamlaşdırmağın təşəbbüsçüsü kimi çıxış etdiyi bir durumda istərdik ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyət planı olsun. Xüsusən də Gürcüstan hökumətinin gələcəyi güc qurumları işçiləri tərəfindən formalaşdırılacağına görə. İndiki anda baş nazir postuna əsas namizəd artıq hökumətdəki dəyişiklikləri təqdim etmiş daxili işlər naziri Georgi Qahariyadır. Məsələn, Qahariya daxili işlər nazirinin boşalmış postuna Dövlət Təhlükləsizlik Xidmətinin başçısı Vaxtanq Qomelaurini tövsiyə edib. Lakin ölkənin inkişaf vektorunda öncədən köklü dəyişiklik görünmür, çünki güc qurumlarının və başçılarının fəaliyyəti tənqidə getdikcə daha çox məruz qalır. Gürcüstan əhalisi içində sorğuya görə, poqonluların işindən narazılıq iqtisadi əksilmə və işsizlikdən sonra ikinci yerdə durur. Hətta daxili böhranın ağırlaşması mümkündür ki, bu da Tiflisdə keçirilən, 20 iyun etirazlarını qanunsuz olaraq amansızcasına dağıtmağa görə əsas tələb kim məhz Qahariyanın istefasını qoyan müxalif mitinqlərlə izah olunur. Belə hadisələr Türkiyənin Gürcüstan ekspansiyasından diqqətləri növbəti dəfə ayırır, ona fəallıq üçün daha böyük sərbəstlik verir.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar