Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist Anar Məmmədovun adından 17-ci “zon”da 27 min manat necə alınıb?

Criminal.az saytının baş redaktoru Anar Məmmədov öz "Feysbuk” səhifəsində maraqlı məlumat paylaşıb

O, bildirir ki, hazırda həbsdə olan və özünü jurnalist kimi təqdim edən Rauf Sultanov adlı şəxs cəza çəkdiyi "zon”da onun adından istifadə edərək, məhkum yoldaşından 27.000 manat pul alaraq mənimsəyib. Azinforum.az jurnalistin mövzu ilə bağlı yazdığı postu təqdim edir:
"Bir az əvvəl özünü Dilarə kimi təqdim edən bir qadın mənə zəng etmişdi. Telefonu açan kimi "salam Anar, sizin soyadınız nədir?” sualını verdi. Soyadımı deyən kimi, "deyəsən məni aldadıblar”, – deyib sağollaşmaq istəyirdi, onu danışğa tutdum. Məlum oldu ki, "amerikanpress” saytının həbsdə olan rəhbəri Rauf Sultanov bunun əri ilə eyni cəzaçəkmə müəssisəsində cəza çəkir. Rauf həmin kişini inandırıb ki, güya mən onun işini həll edəcəm və güya AŞPA-ya əlaqəm var. Beləcə onları mənim adımdan istifadə edib aldadaraq, 27.000 manat pullarını alıb.

Qadının dediyinə görə, pulu aparıb ona həbsxanada verib. Qadına hər şeyi başa salandan sonra həmin Raufa zəng edib, o da deyib ki, guya mən işi həll etmək üzrə olmuşam, sadəcə dövlət əleyhinə çağırışa görə məhkum edildiyimdən işi başa çatdıra bilməmişəm. Və qadını da qorxudub ki, məsələni açıb-ağartsa, prokurorluq üstünə gələcək… Görürsüz, dələduz qandalda da işini görür, təmiz və mərd işləsən belə səndən istifadə edənlər tapılır… İndi bu yazımdan sonra Baş Prokurorluq və Penitensiar Xidmət işə başlasın və tədbir görsün”.

Apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, hazırda jurnalist adı ilə həbsdə olan Rauf Sultanov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə o, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinərək həbs edilib və məhkəmənin hökmü ilə cəzaya məhkum olunub.

Biz həmçinin müəyyən etdik ki, sözügedən əməl Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəsissəsində törədilib. Əslində, Anar Məmmədov tərəfindən ictimailəşdirilən məsələ ilə bağlı çoxsaylı suallar meydana çıxmış olur. Qanunvericiliyə görə, məhkumalara nəğd pul vəsaitinin verilməsi qadağandır. Yalnız müəyyən məbləğ onların kartına köçürülə bilər. Bəs onda, 27 min manatı 17 saylı müəsissəyə necə keçiriblər? Əgər bu baş tutubsa, deməli , həmin müəsissənin hansısa əməkdaşlarının dəstəyi ilə mümükün olub. Bu, və başqa suallarla bağlı araşdırmamızı davam etdirəcəyik…(Azinforum.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar