Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq pulu ilə Azərbaycanda yaşanan demoqrafik problemi həll etmək olar?

Sosioloq: “Uşaq pulunun verilmə mexanizmini elə qurmaq lazımdır ki, bu demoqrafik vəziyyətə təsir edə bilən amil olsun”

Azərbaycanda uşaq pullarının verilməsi qonşu ölkələrlə müqayisə edilməməlidir və məbləğ ailəyə uyğun formallaşdırılmalıdır”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu ölkədə uşaq müavinatının yenidən bərpası məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir. Həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı.

Uşaq pulunun bərpa edilməsi ilə bağlı son dövrlər müzakirələr aparılır. Bu vəsaitin yenidən vətəndaşlara verilməsi üçün fərqli təkliflər irəli sürülür.

Bir çox rəsmi nümayəndələr isə bildirirlər ki, uşaq pulları inkişaf etmiş ölkələrdə verilir və əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbir xarakteri daşıyır. Azərbaycanda isə əhalinin azalması kimi hal yoxdur. Həmçinin vurğulanır ki, uşaq pulunun bərpa edilməsi üçün lazım olan digər tələblər də Azərbaycanda aktual deyi.

Qeyd edək ki, son illər Azərbaycanda ciddi demoqrafik problemlər müşahidə olunmaqdadır. Qadın cinsinin sayı azalmaqla yanaşı, əhalinin artımında da ciddi azalmalar özünü göstərməkdədir.

Ölkədə uşaq müavinatının yenidən bərpasını son illər Azərbaycanda yaşanan demoqrafik problemin həlli üçün vacib şərt hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğluna müraciət edib.

Əhməd Qəşəmoğlu: “Az məbləğdə olan uşaq pulu o qədər də böyük əhəmiyyət daşımır və bunun demokrafik vəziyyətə də təsir gücü yoxdur”.

Azərbaycanda uşaq pullarının verilməsi üçün mexanizmin qurulmasını vacib hesab edən sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bu mexanizm də elə qurulmalıdır ki, hər ailədə 3 uşağın saxlana bilməsi üçün şərait yaradılmış olsun:

“Uşaq pulunun verilmə mexanizmini elə qurmaq lazımdır ki, bu demoqrafik vəziyyətə təsir edə bilən amil olsun. Uşaq pullarının verilməsi elə qurulmalıdır ki, bunun aztəminatlı ailələrə köməyi dəyə bilsin. Az məbləğdə olan uşaq pulu o qədər də böyük əhəmiyyət daşımır və bunun demokrafik vəziyyətə də təsir gücü yoxdur.

Mən hər dəfə demişəm ki, ideal, yaxşı Azərbaycan ailəsində 3 uşaq olmalıdır. Çünki ailədə 1 uşaq olanda ölkədə əhali sayı azalır. Bu da arzuolunan deyil ki, ölkə əhalisi azalsın. Ailədə 2 uşaq olanda da ölkədə əhalinin sayı azalmağa doğru gedir. Çünki hamı ailə qura bilmir və yaxud da hər qurulan ailədə uşaq dünyaya gəlmir. Bu hallara görə də ölkədə əhali artımı az olur.

Həmçinin ailədə az uşaq olmasının mənəvi tərəfi də var. Yəni ailədə 1 uşaq olanda həmin uşağın yaxın ətrafı anası, atası, nənəsi, babası olur və normal uşaq kimi sosiallaşa, inkişaf edə bilmir. Ailədə 2 uşaq olanda isə ziddiyyət və münaqişə olur. Amma ailədə 3 uşaq olanda həmin evdə uşaq mühiti formalaşır. Yəni hər bir tərəfdən baxanda Azərbaycan ailəsi üçün arzuolunan variant 3 uşaqdır.

Əhməd Qəşəmoğlu: “Uşaq pulu ilə bağlı Azərbaycan ailəsinin vəziyyəti araşdırılmalıdır”.

Buna görə də bir daha qeyd edim ki, Azərbaycanda uşaq pullarının verilməsi üçün mexanizm qurulmalıdır. Bu mexanizm də elə qurulmalıdır ki, hər ailədə 3 uşağın saxlana bilməsi üçün şərait yaradılmış olsun. Amma uşaq puluna görə ailədə lap çox uşağın olmasının da qarşısın almaq lazımdır. Yəni bir ailədə 10 uşağın olması arzuolunan deyil.

Bir məsələ də var ki, uşaq pulu ilə bağlı Azərbaycan ailəsinin vəziyyəti araşdırılmalıdır. Məsələn elə 3 uşaqlı ailələr var ki, onlara dövlətin müavinatı lazım deyil. Çünki ailənin gəliri yaxşıdır və 3 uşağı istədikləri kimi saxlaya bilirlər. Biz diqqətimizi yoxsul ailələrdə olan 3 uşağın təminatına yönəltməliyik. Buna böyük ehtiyac var. Çünki belə olmasa, bir müddətdən sonra ölkədə əhali azala bilər. Əhalinin azalmasının da çox qorxulu tərəfləri var.

Bir məsələni də qeyd edim ki, Azərbaycanda uşaq pullarının verilməsi qonşu ölkələrlə müqayisə edilməməlidir və məbləğ ailəyə uyğun formallaşdırılmalıdır. Bu mövzunu qonşu ölkələrlə müqayisə etmək çox savadsız yanaşmadır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar