Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranlılar Azərbaycan manatı toplayır - Səbəb

Azərbaycan manatı İranda insanların əsas yığım vasitələrindən birinə çevrilib. İran əhalisi yastıq altında milli valyuta və dollardan çox, manat yığmağa üstünlük verir. Manata maraq getdikcə artır. Hazırda İranda manat orada azad dövriyyədədir və ən populyar yığım valyutasıdır. İran yeganə ölkədir ki, Azərbaycan vətəndaşları oraya dollar deyil, manatla gedir və asanlıqla dəyişib ticarət əməliyyatları yerinə yetirə bilirlər. Bunun bir səbəbi də İrana gedən azərbaycanlıların sayının həddindən artıq çox olmasıdır.

Bu ilin 6 aylıq göstəricisinə görə, xaricə səfər edənlərin 40 faizi və ya 1 milyon nəfəri İrana gedib. Bundan başqa, sadə vətəndaşlar tərəfindən İrandan idxal da artmaqdadır. Lakin bizi düşündürən əsas sual odur ki, iranlıların bu manat sevgisinin və etibar etmələrinin səbəbi nədir?

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, həm İranla ticarət dövriyyəsinin artması, həm də iki ölkə arasında geniş-gəlişin artması, o cümlədən azərbaycanlıların tibbi məqsədlə İrana getməsi qonşu dövlətdə manat dövriyyəsini artırır: "Əsas səbəblərdən biri də odur ki, İranda dollar tapılmır. Sanksiyalara görə, İran vətəndaşlarının dollara çıxış imkanları məhdudlaşıb. İran bankları dollar əməliyyatları edə bilmir, xaricdən də kredit ala bilmirlər. Manat isə İranda ikinci ən sabit valyuta kimi tanınır. Artıq ikinci ildir ki, manatın məzənnəsi dollar qarşısında sabit qalıb. İran vətəndaşları Azərbaycan tərəfə keçdikdə, yığdıqları manatı asanlıqla dollara dəyişə bilirlər. Azərbaycanda manat çox asanlıqla əldə edilir. O cümlədən məzənnəsi dəyişmədiyi üçün çox əlverişli yığım vasitəsi sayılır”.

Ekspertin sözlərinə görə, hazırda manat hətta iranlı iş adamlarının da ən sevimli valyutasına çevrilib: "Məzənnəsi dəyişmir, dollar qarşısında sabitdir, istənilən zaman da Azərbaycan tərəfə keçib dollara dəyişmək mümkündür. Düzü, Azərbaycandan xaricə dollar çıxartmaqla bağlı müəyyən məhdudiyyət var. Yalnız 10 min dollara qədər vəsaiti rüsum ödəmədən ölkədən çıxartmaq mümkündür. Lakin rüsum da 1 faizdir. Əgər iranlı iş adamı ailə üzvləri ilə gəlib hərəsinin adına 10 min dollar ölkədən çıxartsa, burada heç bir problem yaşamayacaq. Ancaq təkdirsə, 10 min dollardan artıq olan vəsaiti deklorasiya edib, onun rüsumunu ödəməklə ölkədən çıxara bilər. İki ölkə arasında gediş-gəliş və ticarət əlaqələrinin artması da prosesə təsir göstərir, lakin əsas səbəb İranda dollar çatışmazlığıdır. Dollar əldə etmək üçün manat yığıb, Azərbaycan tərəfdə onu dəyişirlər”.

İqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, İranda manatın populyarlığı onun dollara olan sabit məzənnəsindən qaynaqlanır: "İranda dollar tapılmır və bahadır. Manatın məzənnəsi isə dollar qarşısında daşlaşmış həddədir, yəni 1.70 AZN. Bu dəyişməzlik 2 ildən çoxdur ki, davam edir. Halbuki manat avroya, funta, rubla, lirəyə münasibətdə dəyişir. Gah bahalaşır, gah ucuzlaşır. Yəni İranda manat dolların əkiz qardaşıdır. İran rialı dollara qarşı necə ucuzlaşırsa, manata qarşı da eyni trayektoriya ilə hərəkət edir. Manata sevgi bununla bağlıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar