Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstanda Qərbi Nil qızdırmasından 15 nəfər ölüb

Bu barədə Milli İctimai Sağlamlıq Təşkilatı məlumat yayıb

Yunanıstanda bu ilin 5 sentyabrınadək Qərbi Nil qızdırmasından 15 nəfər ölüb, daha 158 adam bu xəstəliyin daşıyıcısıdr.

Son həftə ərzində daha 27 nəfər bu xəstəliyə yoluxub və onlardan ikisi ölüb.

Bildirilir ki, bu hərarət xəstəliyi ağcaqanadlar vasitəsilə yayılır. Virus mərkəzi sinir sistemindəki ağırlaşmalara, daha dəqiq desək, ensefalit, meningit və ya iflicə səbəb ola bilər.

Qərbi Nil qızdırmasının əlamətlərinə yüksək hərarət, baş ağrısı, yorğunluq, əzələ ağrısı, ürəkbulanma, qusma, bəzən şişkin limfa düyünləri daxildir. Vaxtında həkimə müraciət olunmazsa, ölümcül bir nəticə mümkündür.

Qərbi Nil qızdırması AB-nin digər 9 ölkəsində və Yunanıstanla qonşu ölkələrdə də müəyyən edilib. Bunlar Macarıstan, Rumıniya, Fransa, İtaliya, Kipr, Avstriya, Bolqarıstan, Serbiya və Türkiyədir. Siyahıya son həftə ərzində daha iki ölkə əlavə edilib.(APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar