Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunan səfirini qəbul edib

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib

Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycana yeni təyin olunan səfiri Eqidius Navikası qəbul edib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Eqidius Navikası səfir təyin olunması münasibətilə təbrik edib və Litva səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

E.Navikas Azərbaycanın regionda apardığı müdrik xarici siyasətini və bu xüsusda ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, Litva tərəfindən Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin və bu sahədə ölkələrimiz arasında təcrübə mübadiləsinin uğurundan bəhs edərək bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

E.Navikası etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

pia.az


Etiket: Litva səfir XİN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar