Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmamverdi İsmayılovun gəmisi batır...

Gələn il Azərbaycanda parlament seçkiləri keçiriləcək

Son günlər həm iqtidar, həm də müxalifət düşərgəsində müşahidə olunan gərginlikdən aydın olanı odur ki, bu seçkilər heç də rahat keçməyəcək. Bununla bağlı verilən xəbərlərdən aydın olur ki, konkret olaraq onlarla deputat var ki, həmin şəxslər iqtidarın hədəfinə şevrilib və onların yenidən mandatla mükafatlandırılması gözlənilən deyil.

Mənbənin söylədikləri: "Həmin deputatlar bu vaxta qədər ayrı-ayrı oliqarx- məmurlara sığındıqlarından bu gün barələrində imtina qərarı verilib və ola bilsin ki, onların mandatı müxalif düşərgəyə güzəşt edilsin.

Mənbə iddia edir ki, mandatını itirəcəklər sırasında dünənə qədər keçmiş MTN şefi Eldar Mahmudova yaxınlığı ilə seçilən İmamverdi İsmayılov da var:

"Amma nə parlament rəhbərliyinin, nə seçicilərin, nə də yuxarıların ondan hansısa gözləntisi yoxdur. Çünki İ.İsmayılov məcburi köçkünlərin "yanan barmağına su tökən" deputat deyil.

Onun Adil Əliyev, Qənirə Paşayeva, Fəzail Ağamalı, Zahid Oruc kimi həmkarlarından fərqi budur ki, başı biznesdən açılmır. Digər deputatlar ən azı arabir seçicilərlə görüşür, onlara edilən müraciətlərdən bəzilərini həll etməyə çalışır.

İmamverdi İsmayılovun isə üzünü görən olmayıb.

İ.İsmayılovun adı daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olub.

Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur.

Bu isə heç şübhəsiz deputatın oğlu - Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun “hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, bir müddət əvvəl adı qalmaqallı bir qətl işinə qarışmışdı".

Mənbə iddia edir ki, belə bir qalmaqallı tərcümeyi-hala malik olan İmamverdi İsmayılov bu gün hakimiyyətin yeni düzənində "artıq ət"ə bənzəyir...

Əlavə bilgilərimiz olacaq.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar