Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşə təhsili - Bu təhsil müəssisələri öz missiyalarını yerinə yetirə bilirlərmi?

Peşə təhsili müəssisələrinin fəaliyyətini nə dərəcədə yararlı saymaq olar?

Təhsil eksperti: “Hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil”.

“Peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom və tam orta təhsil haqqında dövlət sənədi – attestat alan şəxslərə birbaşa ali məktəblərə eyni ixtisas üzrə qəbul olmaq hüququ vermək lazımdır”.

Bildiyimiz kimi hal-hazırda peşə təhsili üzrə qeydiyyat başlayıb. 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunan 8808 nəfər vətəndaşdan 7923 nəfər qeydiyyatdan keçib. Həmçinin boş qalan yerlərə qəbulun 2-ci turu da başlayıb. 28 avqust - 5 sentyabr tarixlərində davam edəcək müsabiqədə 1-ci turda iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər.

2-ci turla bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq.

Ölkədə fəaliyyət göstrən peşə təhsil müəssisələrinin vəziyyətini və həmin müəssisələri bitirən gənclərin işlə təminatı məsələsini PİA.az təhsil eksperti Kamran Əsədovla müzakir edib.

Kamran Əsədov: “Hal-hazırda qüvvədə olan müddətlə peşə təhsilində təhsil alan gənc peşənin mahiyyətini və sosial əhəmiyyətini dərk etmədən onu bitirmiş olur”.

Mövzu ilə bağlı PİA.az təhsil eksperti ilə olan kiçik müsahibəni oxucularının nəzərinə çatdırır.

- Kamran bəy, ölkəmizdə 45 peşə liseyi, 64 peşə məktəbi, 14 sayda isə Dövlət Peşə Təhsil mərkəzləri fəaliyyət göstərir. Bunların bir qismi Bakıda, digərləri isə bölgələrdədir. Bundan əlavə 60 orta ixtisas təhsili müəssisəsi də var. Bəs bu təhsil müəssisələrinin fəaliyyətini nə dərəcədə yararlı saymaq olar? Bu təhsil müəssisələri ixtisas üzrə kadr hazırlaya bilirmi və ölkənin peşə sahəsində kadrları doğrudanmı bu təhsil ocaqlarında hazırlanır?

- İlk növbədə qeyd edim ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair “Strateji Yol Xəritəsi” təsdiq edilib. Belə ki, Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub.

Hazırda ölkədə iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Bu ehtiyacı ödəmək üçün regionlarda mərkəzləşdirilmiş peşə təhsili müəssisələri yaradılır, amma bu sahələr üzrə kadrlar da hazırlanmalıdır. Bu sahələr üzrə peşələrin inkişafı və ixtisaslı kadrların hazırlanması iqtisadiyyatın inkişafına təkan verəcək. İxtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində əkin sahələri genişlənəcək.

Kamran Əsədov: “Peşə məktəblərinin inkişafı insan kapitalının inkişafı üçün əhəmiyyətli töhfə ola bilər”.

O cümlədən qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək. Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına gətirib çıxaracaq. Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq. Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var. Bu baxımdan, rayonlarda həmin sahələr üzrə peşələr tədris olunmalıdır.

Peşə məktəblərinin inkişafı insan kapitalının inkişafı üçün əhəmiyyətli töhfə ola bilər. Dövrün tələbatına uyğun gələn peşələr maraqlıdır. Hazırda sənaye məktəbləri açırlar. Həmin məktəblərin yanında peşə kursları da olmalıdır ki, şagirdlərə öyrətsinlər. Peşə məktəblərində tədris edilən peşələrlə bağlı gənclər arasında təbliğat olmalıdır: Bu, gənclərin gələcək yoluna işıq tutar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər. Bu da onlarda həmin sahələrə, ümumən peşəyə stimul yaradar.

Bir vacib məsələni də qeyd edim ki, hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın, cəmiyyətin, dövlətin maraq və tələblərini, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, 6 müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini və azərbaycançılıq ideyalarına sadiqliyini təmin edir. Amma indiyə qədər mövcud olan müddət təhsil alanların peşəkar kadr kimi formalaşmasına yetərli deyildi.

Müasir şəraitində əmək qabiliyyətli yaş dövrünə qədəm qoyan nəslin əmək karyerasının təmin edilməsində peşə təhsili sistemi müstəsna əhəmiyyətə malikdir. Müəyyən sənaye potensialına malik olan ölkələrin əksəriyyətində peşə təhsili sistemi özünəməxsus yer tutur.

Kamran Əsədov: “Kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var”.

Müasir dövrün tələblərinə görə peşə-ixtisas təhsilinin məzmunu təhsil alanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğun olmaqla nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və təhsilalanlara müstəqil həyatda lazım olacaq zəruri bilik və bacarıqların aşılanmasını təmin etməlidir. Hal-hazırda qüvvədə olan müddətlə peşə təhsilində təhsil alan gənc peşənin mahiyyətini və sosial əhəmiyyətini dərk etmədən onu bitirmiş olur.

1 il ərzində peşə təhsil alan tələbə İKT-dən istifadə etmək bacarığına demək olar ki, yiyələnmirdi, iş şəraitini təhlil etməyi, cari və yekun nəzarəti həyata keçirməyi, fəaliyyətini qiymətləndirməyi və korreksiya etməyi, işin nəticəsinə görə məsuliyyət daşımaq kimi ciddi bacarıqlara yiyələnmirdi, komandada işləməyi və cəmiyyətdə işəgötürənlərlə faydalı ünsiyyət qurmağı bacardmırdı. Çünki təhsil müddəti buna yetərli deyildi. Ona görə də peşə təhilini bitirənlər əmək bazarının tələbinə cavab verən işçi qüvvəsinə çevrilmirdi.

- Bir çox hallarda peşə və ya orta ixtisas təhsil müəssisələrininin diplomu işlə təmin üçün yetərli olmur. Deyək ki, bir çox Peşə Liseyində vergi müvəkkili ixtisası var. Nəzərə alsaq ki, Vergilər Nazirliyi öz saytında belə vergi müvəkkilinin iqtisadiyyat və ya hüquq ali təhsilinin olmasını tələb kimi qoyub, bəs onda bu ixtisas nəyə görə tədris olunur və insanlara diplom verilir?

- Hesab edirəm ki, peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom və tam orta təhsil haqqında dövlət sənədi – attestat alan şəxslərə birbaşa ali məktəblərə eyni ixtisas üzrə qəbul olmaq hüququ vermək lazımdır. Müddətin artırılması hesab edirəm ki, peşə təhsilin keyfiyyətinin artmasına gətirib çıxaracaq.

Qeyd edim ki, Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaradır, lazımi vəsait ayırır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır.

Kamran Əsədov: “Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır”.

Son illərdə Təhsil Nazirliyi tərəfindən edilən dəyişiklik peşə təhsilinin müasir çağırışlara cavab vermə istiqamətində mühüm addımdır. Həyata keçirilən islahatlar nəticəsində ümid edirəm ki, bu sahə əmək bazarının tələbinə və müasir standartlara cavab verəcək vəziyyətə gəlib çıxacaqdır.

- Maliyyə, mühasibat, bank işi və bunun kimi digər ixtisaslar üzrə orta təhsil alanlar kadr olaraq bazarda etibar görürlərmi və bu tələbələrin işlə təmini və ya ixtisas üzrə işləməsini qənaətbəxş saymaq olarmı?

- Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbu ki, 54 ali təhsil müəssisəmizdə təhsil alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurdudan sonra əmək bazarında ixtisası üzrə işlə təmin olunur. Amma peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi isə çox yüksəkdir.

Müavir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi. Amma yeni “Peşə təhsili haqqında” qanunda qeyd olur ki, bu pillədə təhsil alanlara da möhlət hüququ veriləcək. Bu gənclərin kütləvi şəkildə Peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq.

Kamran Əsədov: “Müavir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi”.

Artıq bir neçə ildir ki, İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.

Bütün bu atılan addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaqdır.

Nərminə UMUDLU
pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar