Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Startap nədir və necə yaranıb?

Startap ingilis dilindən tərcümədə başlamaq, işə salmaq mənalarını verir

Startap dedikdə, mövcüd olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcüd olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər və ideyalar başa düşülür. Çox zaman Startap dedikdə yalnız İT sahəsi ilə əlaqədar təşəbbüslər başa düşülür. Amma unutmaq lazım deyil ki, startaplar yalnız iqtisadiyyatın İT sahəsinə deyil, bütün sahələrə aid ola bilər. Yəni, hər hansı bir sahədə yeni fikir istehsal etmək yolu ilə mövcüd olmayan nəyisə kəşf etmək vəya mövcüd olan hər hansı bir şeyi daha təkmil hala gətirməkdir. Ən böyük staruplara, HP, Facebook, YouTube, İnstagram, Wikipedia v.s misal göstərmək olar.

İlk dəfə startap anlayışı 1939 cu ildə texnologiyanın əsas mərkəzi hesab olunan ABŞ, Koliforniya ştatında San–Fransisko şəhərinin yaxınlığında, Santa-Klare vadisində yaranmışıdır. Hansı ki bu ərazi, hal-hazırda dünyanın yüksək texnologiyalar mərkəzi hesab olunan Silikon Vadisi adlanır.

Elə həmin illərdə Stendford Universitetində təhsil alan tələbə dostlar William Hewlett və David Packard o zamanlar üçün balaca və yeni hesab edilən layihələrini yaradaraq ona start ap adını verdilər. Zaman keçdikcə bu layihə, hal-hazırda dünyanın ən nəhəng texnologiya şirkətlərindən biri olan Hewlett-Packard (HP) şirkətinə döndü. Şirkət, bu iki dost tələbə tərəfindən 1 yanvar 1939 cu ildə ölçü avadanlıqları və ölçü cihazları istehsalçısı olaraq quruldu. Şirkətin adı qurulcuların adlarının baş hərflərindən götürüldü və Hewlett-Packard (HP) adlandırıldı. Xatırladaq ki, HP şirkətinin başlanğıc sərmayəsi 538 dollar idi və onun ilk ofisi Palo Altoda yerləşən adi qaraj olub. Hal- hazırda həmin qaraj görkəmli bir yerə çevrilib. Bununla da, HP Silikon Vadisinin ilk şirkəti olub.

Silikon Vadisi Amerikanın Kaliforniya ştatında olan bir çox istehsal və inkişaf mərhələsində olan şirkətlərin (startupların) yerləşdiyi ərazidir. Şirkət tərəfindən yatırılan investisiyalar internet sektoru və xüsusilə də erkən mərhələdə olan startapları əhatə edir. Bu gün ABŞ-ın milyardlarla dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində cəmləşir. Dünyanın ən böyük texnoloji startapları məhz Silikon Vadisində yerləşir. ABŞ da ən məşhur texnopark Koliforniya ştatında elmi mərkəzi Stendford Univeristeti olan Silikon Vadisi və Kremn texnoparklarıdır.

Silikon vadisi haqqında daha ətraflı – Silikon Vadisi nədir və necə yarandı?

Yaradılan starupların uğurlu olmamasında və davam etdirilə bilməməsində aşağıdakı səbəbləri qeyd etmək olar.

İnvestisiya cəlb edə bilməmək. Məlumdur ki, startuplar, əsasən investisya cəlb etmək yolu ilə reallaşır. İnvestisiyanın cəlb edilməsi üçün isə ideyanın kreativ olması şərtdir.

Əksər vaxt startuplar bir neçə şəxs tərəfindən birgə yaradılır. Uğurlu olduğu zaman isə founder və co-founder problemi ortaya çıxır. Bu, əksər vaxt narazılıqlara və uğursuzluğa gətirib çıxarır.

İlkin mərhələlərdə starupların özünü təsdiq etməsi və gəlir əldə etməsi xeyli zaman tələb edə bilir. Ona görə də, bu zaman kəsiyində mövcüd problemlərdən dolayı da davam etdirilməyə bilir.

Nüsrət Xəlilov - blogger

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar