Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnir keçirilib

Avqustun 23-25-də Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnir keçirilib

Bu yarışda 12 ölkədən 1500-dən çox idmançı mübarizəyə qatılıb.

Fövqəladə Hallar Nazirliyinin komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında 3 gənc idmançımız ilə bu yarışa qatılaraq yüksək nəticələr göstəriblər.

Komandanın üzvü Hacıyeva Fatma 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 5 döyüş keçirərək, bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olmuşdur. Komandanın digər üzvü Səfərov Əli 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 6 görüş keçirərək yarışın gümüş medalına layiq görülüb.

Sentyabrın 3-də Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik etmiş, gələcək yarışlara müvəffəqiyyətlər arzulayıb.

23-24 avqust 2019-cu il tarixlərində Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə 14-cü Dünya çempionatı keçirilmişdir. Bu çempionata 52 ölkədən 750 idmançı, o cümlədən ölkəmizi Fövqəladə Hallar Nazirliyinin komandasının ənənəvi Karate-Do Federasiyasının rəhbəri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İdman qəza- xilasetmə kafedrasının rəisi 7-ci dan qara kəmər sahibi professor Əhməd Hətəmovun rəhbərliyi altında 3 idmançımız, 65 kq çəki dərəcəsində İmran Quluzadə, -74 kq çəki dərəcəsində Mehman Eynalov və +75 kq çəki dərəcəsində Fuad Əliyev mübarizəyə qatılaraq təmsil etmişdir.
İdmançılarımız dünya çempionatında millimizi uğurla təmsil edərək, +75 kq çəki dərəcəsində Fuad Əliyev çempionatın qızıl, -74 kq çəki dərəcəsində Mehman Eynalov isə gümüş medalına sahib olub.

Sentyabrın 5-də 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik etmiş, gələcək yarışlara müvəffəqiyyətlər arzulamış və xatirə şəkilləri çəkdirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar