Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlıda Səlim Müslümovla bağlı 12 min manatlıq qalmaqal

Saatlı rayonunda şəhid ailələri üçün mənzil tikən iş icraçıları və ustaların pulu verilməyib

PİA.AZ xəbər verir ki, 2017-ci ilin aprel ayında Saatlı rayonu Qıraqlı kəndində şəhid ailələri üçün 2 otaqlı mənzil tikilib.

Mənzillərin tikintisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb. Belə ki, nazirlik katirovkanı "Vüqar 79" Məhdud Məsuliyyətli Cəmiyyətə verib, lakin onlara çatacaq 12000 (on iki min) manat vəsait mənimsənilib.

İş icrasısı Əzizxan Əzizov Arqument.az-a deyib ki, o usta və fəhlələrə pulu cibindən ödəmək məcburiyyətində qalıb: "2017-ci ilin aprelin 23-də tikintiyə nəzarət edən Quliyev Nadir mənə dedi ki, bizə Saatlıda şəhid ailələri üçün 7 mənzilin tikilməsi tapşırılıb. Mənzilin bir neçəsinin tikintisini də mənə həvalə etdilər. Dedilər ki, tikinti başlayanda - özülü qoyanda 30 faiz avans veriləcək. Biz işə başlasaq da, pul verilmədi. Soruşanda dedilər ki, tikintini dayandırmayın, pullar veriləcək.

Özümüzdən 12 manat pul xərclədim, ustalara və fəhlələrə pul verdik ki, kasıb adamlardır, işə gəliblərsə, evlərinə pul aparmalıdır. Pulun da hamısını özümdən ödədim. Halbuki onlar hələ də işlətdikləri fəhlələrə pul verməyiblər".

Onun sözlərinə görə, nazirlik onları aldadıb: "Bizə dedilər ki, yenidən ərizə (forma 2) yazın, pulu verək. Biz də təzədən yazdıq, sənəd təsdiq olundu, amma indiyə qədər mənə çatacaq 12 min manatı qaytarmayıblar. Bu da Səlim Müslümovun nazir olduğu dönəmdə, yəni Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun dövründə olub".

Şikayətçi bildirib ki, nazirlikdə dəyişiklik olunandan sonra tikinti onlardan alınıb, yenə də pulları verilməyib: "Sonra nazir dəyişdi. Sahil Babayev də işi başqasına verdi. Tikintini onlar apardı. Bizə də pul qaytarılmadı".

Əzizov ƏƏSMN və "Vüqar 79" MMC-nin məniməsdiyini iddia edir: "Nazirlik bizə dedi ki, pulu "Vüqar 79" MMC-nin rəhbəri yeyib, MMC-də deyir ki, nazirlik ümumiyyətlə bizə pul verməyib. Hətta bizdən sonra tikinti materallarımızı da götürüb işlədiblər. Bununla bağlı Saatlı Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə isə qətnamə çıxararaq, mənimsənilən materialın dəyərinin 74 min manat olduğunu təsdiqləyib".

Əzizxan Əzizov deyir ki, ona çatacaq 12 min manat pulu almaq üçün bütün hüquqi yollara baş vuracaq.

O, ölkə başçısına müraciət edərək, bu qanunsuzluğa son qoymağı, ortada olan yeyinti faktlarının araşdırılmasını və onlara çatacaq 12 min manatın geri qaytarılmasına yardımçı olmasını xahiş edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar