Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobillərə texniki baxış DYP-dən alına bilərmi və alınsa nə olar?

Azərbaycan qanunvericiliyi texniki baxışın özəl şirkətlərə verilməsinə imkan verirmi?..

Nəqliyyat üzrə ekspert: “Bu məsələ 2018-ci il dekabr ayının 27-də Prezident İlham Əliyev tərəfindən 5 il müddətində təsdiqini tapan “Yol hərəkətinin təhlükəsizliyi”nə dair dövlət proqramında əksini tapıb”.

“Əgər bu məsələdə yeni Azərbaycan variantı olacaqsa, bu zaman dəyişən heç nə olmayacaq, yəni “köhnə hamam, köhnə tas” olacaq”.

Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtomobillərin texniki baxışının DYP-dən alınaraq özəl şirkətlərə verilməsi ilə bağlı yayılan xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Uzun illərdir formal xarakter daşıyan və korrupsiya mənbəyindən başqa hər hansı özəlliyi olmayan avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik ediləcəyi gözlənilir. Belə ki, avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin Baş Dövlət Yol Polisi İdarəsindən alınması və bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur.

Məlumdur ki, Azərbaycanda texniki baxış onu keçirən qurumun külli miqdarda qeyri-leqal gəlir mənbəyinə çevrilib. Elə son dövrlərə qədər də rəsmi qiyməti 20 manat olan texniki baxışı keçmədən belə, şəhərin müxtəlif hissələrində “birkaların” 50 manata satılması müşahidə olunurdu. Texniki baxış mərkəzləri isə süründürməçilik və süni olaraq, uzun növbələrin yaradılmasından başqa hər hansı məqsədə xidmət etmirdi.

Həmçinin bu sahənin özəl şirkətlərə verilməsi korrupsiyanın və rüşvətin aradan qalxmasına səbəb ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə müzakirə edib.

Elməddin Muradlı: “Azərbaycanda bu məsələnin öhdəsindən hər bir özəl şirkət gələ bilməz”.

Ciddi nəzarət altında normal mexanizm işləyəcəksə, bu zaman dəyişikliklərin şahidi olacağımızı bildirən nəqliyyat üzrə ekspert əlavə edib ki, dəyişiklik olacaqsa, heç kəs nasaz avtomabili texniki baxışdan keçirə bilməyəcək:

“Bu məsələ 2018-ci il dekabr ayının 27-də Prezident İlham Əliyev tərəfindən 5 il müddətində təsdiqini tapan “Yol hərəkətinin təhlükəsizliyi”nə dair dövlət proqramında əksini tapıb. Bu proqramda qeyd edilib ki, avtomabillərlə bağlı texniki baxış məsələsi gələcəkdə özəl şirkətlər tərəfindən həyata keçirilməlidir. Amma bu məsələnin hansı qaydalar əsasında icra olunacağı hələlik tam məlum deyil. Bunun üçün dövlət proqramına uyğun sənədləşmə işləri aparılmalı, layihələr təqdim olunmalıdır. Həmçinin də şirkətlər araşdırılmalıdır, çünki hər yoldan keçən şirkətə bu məsələni etibar etmək olmaz.

Bir çox xarici ölkə artıq bu təcrübədən yararlanıblar. Yəni həmin ölkələrdə texniki baxışı özəl şirkətlər həyata keçirilir. Amma yol polisinin o şirkətlər üzərində nəzarəti çox ciddidir. Məsələn yol polisi bir ay əvvəl özəl şirkətdə texniki baxışdan keçmiş avtomabili yolda nasaz vəziyyətdə aşkar edəndə həmin şirkət barədə çox ciddi ölçü götürülür.

Elməddin Muradlı: “Bunun üçün dövlət proqramına uyğun sənədləşmə işləri aparılmalı, layihələr təqdim olunmalıdır. Həmçinin də şirkətlər araşdırılmalıdır, çünki hər yoldan keçən şirkətə bu məsələni etibar etmək olmaz”.

Buna görə də hesab edirəm ki, Azərbaycanda bu məsələnin öhdəsindən hər bir özəl şirkət gələ bilməz. Bu mexanizmə keçəndən sonra olanlara baxmaq lazımdır. Əgər bu məsələdə yeni “Azərbaycan variantı” olacaqsa, bu zaman dəyişən heç nə olmayacaq, yəni “köhnə hamam, köhnə tas” olacaq. Amma ciddi nəzarət altında normal mexanizm işləyəcəksə, bu zaman dəyişikliklərin şahidi olacağıq.

Yəni dəyişiklik olacaqsa, heç kəs nasaz avtomabili texniki baxışdan keçirə bilməyəcək. Yəni qeyd olunan islahat bu sahədə korrupsiyanın ortadan qaldırılmaslı üçün mühüm addım ola bilər. Amma qeyd etdiyim kimi, bunun üçün təcrübəli şirkət tapılmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar