Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Televiziyasına gəlib-getmiş 12 rəhbər

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib

Bu təyinatadək Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olaraq sədrin səlahiyyətlərini icra edirdi.

R.Məmmədov əvvəllər Azərbaycan Televiziyasında “Günün nəbzi” verilişinin aparıcısı olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. AzTV-dən əvvəl İctimai və “Lider” televiziyasında çalışıb.

Xatırladaq ki, bu il yanvarın 15-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov vəzifəsindən azad olunub. Arif Alışanov sədr postunu 2006-cı ildən tuturdu.

Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb.

1957-ci ildən Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adı daşıyıb.

1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib. 2005-ci ildən indiki adı ilə fəaliyyət göstərir.

Maraqlıdır, indiyə kimi AzTV-nin neçə sədri olub, onlar kimlərdir?

PİA.AZ modern.az-a istinadən onların kim olduğunu diqqətə çatdırır.

İlk dəfə 1956-cı ildə Bakı televiziya studiyası kimi fəaliyyətə başlayan dövlət telekanalına Ənvər Əlibəyli rəhbərlik edib.

1957-ci il mayın 16-da Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri postuna Teymur Əliyev gətirilib.

1965-ci ildə T.Əliyev Azərbaycan KP MK-da işə keçdiyi üçün Teleradio Komitəsinin sədri postu yenidən Ənvər Əlibəyliyə tapşırılıb.

1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylinin yerinə İmran Mirzəyev gətirilib. Onun sədrliyi 11 ay çəkib.

1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edilib. O, bu vəzifəni 1982-ci ilə qədər icra edib.

1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olunub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Elşad Quliyev vəzifəsindən istefa verib.

1990-cı il yanvarın 27-də AzTV-nin başına Qeysər Xəlilov keçib. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra edib.

1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik etdi.

1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olunub və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq edib.

1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarıb, amma o da həmin postda yalnız 1 gün qala bilib.

1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd İsmayılı sədr təyin edib.

1993-cü ildə Məmməd İsmayılı Babək Hüseynoğlu (Məmmədov) əvəz edib. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edilib.

1996-cı ilin sentyabrında Azərbaycan Dövlət Teleradio Şirkətinin sədri Nizami Xudiyev təyin edilib. 2006-cı ilin iyununda ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə ilə N.Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

2006-cı il avqustun 16-da prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna Arif Alışanov təyin edilib.

2019-cu il yanvarın 15-də Arif Alışanov AzTV sədrliyindən kənarlaşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar