Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır” – Əkrəm İmamoğlu

İmamoğlu Bakıya gələcək

Azərbaycanda olmuşam. Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm. Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Sizin vasitənizlə xəbər vermək istərdim, xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq. Gələcəyəm, qucaqlaşacağıq, söhbət edəcəyik. İnanın, böyük bir həyəcanla o günü gözləyirəm, yəqin, təsəvvür edə bilirsiniz, burada işlərimiz çox gərgindir, gediləcək çox uzun yolumuz var. Ən qısa vaxtda işlərimizi yoluna qoyub Bakıda olacağam, indidən xəbər verim”.

PİA.az xəbər verir ki, bu sözləri Teleqraf.az saytına müsahibəsində İstanbul Böyük Şəhər bələdiyyəsənin başkanı Əkrəm İmamoğlu bildirib: “Azərbaycanlı qardaşlarımız, dostlarımla həmişə görüşürük, əlaqə saxlayırıq, onlara qapımız hər zaman açıqdır. Mən aramızda məsafə görmürəm. Bu gözəl şəhər bütün azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırdır. Tələbələriniz bizim övladlarımızdır, bir problemləri olarsa, Əkrəm İmamoğlu buradadır, bilsinlər. Onsuz da biz də onlarla lazımi təmaslar qururuq, narahat olmayın. Bu səbəbdən analarına, atalarına “Övladlarımız bizə əmanətdir, onların təhsilini başa çatdırıb ölkələrinə faydalı, sizlərə xeyirli övladlar olmaları üçün əlimizdən nə gəlirsə edəcəyik, heç şübhəniz olmasın” deyə çağırış etmək istəyirəm”.

E.İmamoğlunun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasına münasibəti belə olub: “Üzvü olduğum Cümhuriyyət Xalq Partiyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə zidd hesab edir. Bu siyasət ilk gündən bəri dəyişməyib. Partiyam Azərbaycan siyasətini dəstəkləyir. Türkiyənin bütün beynəlxalq forumlarda Azərbaycana verdiyi dəstəyi partiyamız eynilə müdafiə etməkdədir. Ümid edirəm ki, bu haqsızlığa ən qısa zamanda son qoyular və Azərbaycan ona edilən haqsızlığı aradan qaldıraraq öz yolunu daha güclü şəkildə davam etdirər. Buna heç şübhəm yoxdur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar