Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev Gürcüstana yeni səfir namizədini təsdiqləyib

Məsələ ilə əlaqədar Ağ Evin mətbuat xidməti bəyanat yayıb

Ağ Ev ABŞ prezidenti Donald Trampın bu ölkənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Kelli Deqnanın namizədliyini irəli sürdüyünü təsdiqləyib.

Bəyanatda bildirilib ki, hazırda ABŞ-ın Avropa və Afrikadakı Hərbi Dəniz Qüvvələrində siyasi məsləhətçi olaraq çalışan Deqnan gələcək vəzifəsinin icrası üçün lazım olan siyasi təcrübəyə malikdir.

"Bu vəzifədən əvvəl Kelli Deqnan ABŞ-ın İtaliyadakı Diplomatik Nümayəndəliyində Missiya rəhbərinin müavini, Dövlət Departamentində İcra katibinin müavini və ABŞ-ın Kosovadakı Missiya rəhbərinin müavini vəzifələrində çalışıb. 25 illik karyerası ərzində Kelli Deqnan, ABŞ-ın NATO-dakı nümayəndəliyinin siyasi məsləhətçisi, Əfqanıstandakı Salerno Briqadası Mübarizə qrupunda baş mülki nümayəndə və ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəliyinin siyasi məsləhətçisi kimi çalışıb. Kelli Deqnan dövlət katibinin köməkçisi və dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi vəzifələrini icra edib. Jurnalistika üzrə bakalavr dərəcəsi və Cənubi Kaliforniya Universitetindən hüquq üzrə doktorluq dərəcəsinə malikdir . Kelli İtaliya, Fransız, Türk və Urdu dillərində danışır ",- deyə məlumatda bildirilib.

Məsələ ilə bağlı ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, ötən ilin martından bəri ABŞ-ın Gürcüstanda səfiri vəzifəsinə təyinat olmayıb. 2015-2018-ci illər ərzində Yan Kelli ABŞ-ın bu ölkədə səfiri olub. Hazırda Elizabet Rudd ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edir.(APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar