Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bronxial astmalı uşaqların sayı ildən-ilə artır

Uşaq Kliniki Xəstəxanasının şöbə müdiri Lalə Axundova açıqlama verib

İlin əvvəlindən indiyədək bronxial astma xəstəsi olan 900 uşağın stasionar şəraitdə müalicə və müayinə olunması üçün 6 saylı Uşaq Kliniki Xəstəxanasının allerqologiya şöbəsinə müraciət edilib.

Bunu Oxu.Az-a açıqlamasında şöbə müdiri Lalə Axundova deyib.

Onun sözlərinə görə, ildən-ilə bu xəstəliklə bağlı müraciət edənlərin sayı artır:

"2018-ci ildə 875 belə xəstə müraciət etmişdi. Amma bu günə kimi eyni diaqnozla 900 xəstə qeydiyyatdan keçib. İlin sonuna kimi daha 300-400 xəstənin müraciət edəcəyi istisna deyil. Hər il xəstələrin sayı 75-200 arası çoxalır.

Son vaxtlar daha çox Quba, Qusar, Gəncə, Ağdaş, Zaqatala, Balakən, LerikLənkərandan gələnlərin sayı artıb. Məlumdur ki, rütubətli zonalarda bu xəstəlik daha geniş yayılıb. Pirşağı, Mərdəkan, Maştağa və digər Bakıətrafı qəsəbələrdən də müraciət edənlər olur.

Amma ümumi olaraq hazırda allerqoloji mərkəzin poliklinika şöbəsində Bakı şəhəri üzrə 2000-ə yaxın bronxial astmalı uşaq qeydiyyatdadır".

L.Axundova əlavə edib ki, bu xəstəliyin yaranmasının əsas səbəbi genetikdir:

"Çox vaxt ekoloji problemlər, qida məhsullarının tərkibində olan müxtəlif maddələr bronxial astma xəstəliyinin yaranmasına səbəb ola bilir. Amma genetik faktorlar daha mühüm rol oynayır.

Allerqologiya şöbəsinə daha çox 6-12 yaş arası uşaqlar gətirilir. Bəzən həmin uşaqlar yaşadıqları rayonda aldıqları müalicənin xeyrini görmürlər. Buna görə də bizim şöbəyə müraciət edirlər".

pia.az


Etiket: bronxial astma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar