Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: "Paşinyan verdiyi bəyanatlarla münaqişənin həllinə dair razılaşmaları pozur"

Aleksey Fenenko bu barədə açıqlama verib

Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2016-cı ildə əldə edilmiş razılaşmaları pozur.

Bu barədə “Report”a Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko N.Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasını şərh edərkən bildirib.

Moskvadan baxanda Paşinyanın bəyanatı qəribə gəlir, çünki 2016-cı ilin iyun ayında Sankt-Peterburqda Qarabağ münaqişəsinin Rusiyanın vasitəçiliyilə həll olunmasına dair plan razılaşdırılmışdı”, - deyən ekspertin fikrincə, bu kimi bəyanatların məqsədi Rusiya tərəfini sərt cavab tədbirlərinə təhrik etməkdir.

“Əslində bu açıqlama 2016-cı ilin bütün razılaşmalarından geri çəkilmək deməkdir. Belə çıxır ki, Ermənistanın bu məsələdə bir-birinə daban-dabana zidd iki mövqeyi var. Məntiqlə o, Rusiyanın əsəbiləşəcəyinə, bununla da münaqişəyə dair görülən bütün işləri sıfırlamaq üçün gözəl fürsət ələ keçəcəyinə bel bağlayırdı”, - A.Fenenko bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da N.Paşinyanın bəyanatını şərh etmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar