Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan hakimiyyətində qarşıdurma: Köçəryanın həbsi qanunsuz elan edildi

Çərşənbə günü Ermənistanın Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin, ölkənin sabiq prezidenti Robert Köçəryanın konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq həbs olunduğu 35-ci maddəsini konstitusiyaya zidd elan edib

Qərarı Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyan oxuyub.

"Müzakirələrdən sonra ölkənin Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 35-ci maddəsinin konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Bu qərar qətidir və ondan şikayət verilə bilməz",- deyə Tovmasyan vurğulayıb.

Köçəryanın vəkili Aram Vardevanyan da qeyd edib ki, 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu o deməkdir ki, Robert Köçəryanın Konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüququ pozulub.

Yeri gəlmişkən, bundan əvvəl Köçəryanın digər vəkili Hayk Alumyan jurnalistlərə demişdi ki, Konstitusiya Məhkəməsi müdafiənin bütün dəlillərini qəbul edərsə, müvəkkili dərhal azadlığa buraxılmalı və cinayət təqibi dayandırılmalıdır.

Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsi binasının qarşısında Robert Köçəryanın həm tərəfdarları, həm də əleyhdarları toplaşıblar.

Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının sayı, təxminən hər iki tərəfdən olanların ümumi sayına bərabərdir.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar