Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa İrana 15 milyard dollarlıq kredit planı hazırlayıb 

Fransa bu ilin sonunadək İrana neft əvəzinə 15 milyard dollarlıq kredit təklif etməyi nəzərdən keçirir

Bundan ötrü Tehran 2015-ci il nüvə sazişinə sadiq qalmalıdır. Təklif hazırda Vaşinqtonun təsdiqini gözləyir. Məlumatı “Reuters” Qərb və İran mənbələrinə istinadla yayıb.

Fransanın Xarici işlər naziri Jan-İv Le Drian agentliyə deyib ki, kredit xətləri üzrə danışıqlar gedir, amma ABŞ Prezidenti Donald Tramp əvvəlcə bunu təsdiqləməlidir.

Nazirin sözlərinə görə, “bu kredit xətti üçün birincisi, İran nüvə sazişinə qayıtmalı, ikincisi, Körfəzdə təhlükəsizlik təmin olunmalı, regional təhlükəsizlik və post-2025 (nüvə proqramı) üzrə danışıqlar başlanmalıdır”.

Tramp ötən il nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib. Bundan sonra Tehran da nüvə sazişi öhdəliklərini məhdudlaşdırdığını açıqlayıb.

Vaşinqton “maksimum təzyiq” siyasəti aparır. Tramp bildirir ki, sanksiyaları İran rəsmiləri ilə istənilən görüşdən öncə qaldırmayacaq.

İran tərəf əvvəlcə sanksiyaların ləğvini, sonra danışıqların başlanmasını tələb edir.(azadlıq.org)

pia.az


Etiket: Kredit

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar