Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnstagram”a niyə şəkil yükləyirik? - “Like”ın yaşatdığı həzz...

Şəkillərimizə gələn hər bir “like” bizə yeməkdən aldığımız ləzzətli dadla eyni həzzi yaşadır

Sosial şəbəklər artıq həyatımızın ayrılmaz bir hissəinə çevrilib. Onların arasında vaz keçilməzlərdən hesab olunanlardan biri və bələkə də birincisi “İnstagram” hesab olonur. “İnstagram”a şəkil qoymaqla biz əslində həm həzz alır, həm də öz şəxsiyətimizdən qürue duuyuruq. PİA.az “İnstagram”a şəkil yükləməyin elmi açıqlamasını və sözlük yazıçılarının rəylərini qısaca oxucularının diqqətinə təqdim edir:

Elmi yanaşma

Sosial mediadan istifadə etmək beynimizdəki həzz mexanizmlərini oyadır. “İnstagram” kimi social media şəbəkələri beynin mükafat mərkəzi adlandırılan “nucleus accumbens” bölgəsinə siqnal ötürür. Bu bölgə, eyni zamanda, yemək yeyərkən, içərkən və sekslə məşğul olarkən də aktivləşir. Yəni şəkillərimizə gələn hər bir “like” bizə yeməkdən aldığımız ləzzətli dadla eyni həzzi yaşadır.

Şəkil albomu funksiyası daşıyır

“İnstagram” sadəcə olaraq online bir foto albomudur. Yəni xatirələri toplamaq üçün bir yerdir. Məsələn, sevdiyin filmlə bağlı sözlükdə yazı yazmaqdan daha yaxşı və ya pis deyil. Həmçinin, bir kitab haqqında danışmaq və ya incəsənətlə bağlı xəbərləri izləmək (mədəniyyət və incəsənət profilləri sayəsində) üçün çox əlverişlidir. Yaxud da bəyənmədiyin birinin izləmə təklifini qəbul etməz və ya diqqət çəkmək üçün şəkillərlə vaxtımızı itirməyə də bilərik. Əslində bu məsələni çox düşünmək Instagram-a çoxlu mənalar yükləməklə bağlıdır. Hətta tez-tez öz şəkillərini paylaşan və müəyyən bir profil yaratmış kimi davranan insanların belə buna bu qədər məna yüklədiyini düşünmürəm. Olsa da, olmasa da, sadəcə olaraq bir social şəbəkə platformasıdır.

İnsanın şüuraltındakı rollar

Fərdlərin daxili dünyasında, yəni alt şüurunda iki xarakter var. Bu xarakterləri “uğursuz obraz” və “ideal obraz” kimi adlandıraq.

Heç kim tərəfindən görünməsini istəmədiyimiz hətta özümüzün belə üzərini örtməyə çalışdığımız “uğursuz, qaranlıq xarakter"imiz daha əvvəl yaşadığımız mənfi hisslərdən ibarətdir. Məsələn, salam verdiyin insan sizə salam verməyəndə “məni görmədi yoxsa mən onun üçün önəmsizəm?” kimi düşüncələrin yaratdığı yenidən o insana salam verməyə cəsarət edə bilməməyiniz hissi kimidir. Bu hissləri yaşayan “zəif xarakter” siz olmamalısınız. Bu hissləri sindirə bilmədiyiniz üçün belə hadisələri yaşanmamış hesab edirsiniz. Bir çox hallarda sizə pis hiss etdirən insanın sizə etdiklərini siz də başqasına tətbiq edərək bu hissləri üzərinizdən atmağa çalışırsınız.

İndi isə, hər gün yaratmağa çalışdığımız “ideal xarakter”ə keçək. Bu xarakter, ətrafdakılar tərəfindən hörmət edilən, zarafatcıl, mədəni, ağıllı, musiqi zövqü mükəmməl, xoşbəxt və sağlam olmaq kimi fərdi keyfiyyətlərdən ibarətdir və həyatımız ərzində potensialımız istifadə edərək “ideal xarakter” olmağa çalışırıq.

Hər bir insan ağıllı, yaraşıqlı və s. kimi müsbət xarakterlərini təsvir etmək üçün ətrafındakı insanlardan təsdiq almağa çalışır. Güzgüdə gözəl olduğunu görmək ona inandırıcı gəlmir. Dünyadakı bütün kitabları oxuyanda belə özünü intellektual olaraq görmür. Bu təsdiq olunma ehtiyacının səbəbi isə, fərdin davamlı olaraq özündən şübhə etməsidir və içində gizlədə bilmədiyi “zəif xarakter” bunun başlıca səbəbidir.

“İnstagram” insanların içində olan bu zəiflikdən qidalanır. Məsələn, olduğun ərzidə gözəl mənzərələr var və sənə görə gördüyün mənzərə çox dəyərlidir. Şəklini çəkərək “İnstagram”a yerləşdirirsən ki, insanlar səyahətinin yaxşı keçdiyini görsün.

Qarşı cinsə yaxşı görünmək

Əslində “İnstagram” kütləsinin paylaşdığı şəkillərin təməlinsə əsasən qarşı cinsə yaxşı görünmək durur. Zəka və yaradıcılıq inkişaf etdiyini düşündüyümüz beynimizin yan məhsuludur və mərkəzdə hər zaman yaşamaq və törəmək hisslərini durur.

Son olaraq, əslində yunan mifologiyası “niyə şəkillərimizi paylaşırıq?” sualına əsrlər əvvəl cavab verib. Mifologiyadakı Nərgiz personajının suda əks olunmasını görüb özünə aşiq olduğu kimi, hər birimiz narsistliyimizi doyurmağa çalışırıq. Əsl paradoks isə burada başlayır, əsla doymuruq.

Orijinal

Tərcümə PİA.az-ındır

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar