Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollar hegemoniyasının sonu: III Dünya müharibəsi gözlənilir…

Bəlkə, hegemonlar dolların qalxmasından çox, müharibəni istəyirlər?

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 3 sentyabr 2019-cu il

Daxildə mənasız məsələlərlə vaxt itiririk. İki böyük müharibədən belə daha pis nəticələr görə bilərik. Məsələ budur ki, Amerika Birləşmiş Ştatları böyük bir tələnin içinə düşə bilər. Donald Tramp prezident seçildikdən sonra Rotşild ailəsi ilə Pentaqon arasındakı çəkişmə daha da böyüdü.

Ailə dolların hökmranlığını bitirməyə qərar verib. Bilderberq və CFR (Xarici Əlaqələr Şurası) toplantıları gizli kimi görünsə də, əslində, belə deyil. Toplantıda iştirak edənlərin sayının təxminən 300 olduğunu nəzərə alsaq, Bilderberq və CFR-in şou olduğunu anlaya bilərik. Əlbəttə, bu da çox önəmlidir, amma oradakı toplantılardan çox, gizli görüşləri bilmək lazımdır.

Bilderberqdə gizli görüşlərlə bağlı xüsusi bir qərar verilmişdi. 1977-də İngiltərədə keçirilən Bilderberq toplantısının gizli görüşündə kraliça II Elizabet və Yakob Rotşild vardı. Yeni Dünya Sisteminə orada start verilmişdi. Yakob Rotşild mərkəzi banklarındakı təsirini daha da artırmaq üçün maraqlı bir qərar verdi. ABŞ-ın dağlıq bölgələrində yerləşən Vayominq əyalətini seçən Yakob Rotşild hər il BMT üzvü olan mərkəzi bankların rəhbərlərinin çoxunu bu əyalətdə toplayıb.

1978-dən bəri davam edən toplantılar Vayominqdə, yəni Cekson Holda bir neçə gün davam edib. Avropa Mərkəzi Bankının rəhbəri Mario Dragi və Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda Pentaqonun təhdidləri ucbatından bu toplantılarda iştirak edə bilməyib. Lakin onlar köməkçilərini göndəriblər. Köməkçilər ABŞ Mərkəzi Bankının rəhbəri Cerome Pouel və İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni ilə gizli görüş keçirib.

Mark Karni: “Dolların artıq rezerv pul kimi qalmayacağını bilirik. Bitkoin və libra dolların axırına çıxacaq. Nəinki Pentaqon, ABŞ-dakı körpələr belə silahlansa, bunun qarşısını almaq mümkün olmayacaq. Yeni dönəm üçün atılacaq addımlar yaxşı gedir. Rusiya, Çin, İran və Türkiyədəki proses normal vəziyyətdədir. Onsuz da dolların hakimiyyətini bitirmək üçün ilk olaraq bu 4 ölkə hərəkətə keçmişdi. Qarşıdakı dönəm iqtisadiyyat üçün çətin olacaq, lakin hər bir ölkə öz qüvvələrini önə çıxarmağa çalışır. Bu da onu göstərir ki, böhran dönəmi bəzi ölkələri heç zəiflətməyəcək”.

Pentaqonu idarə edən dərin qüvvələrin Türkiyə, Rusiya, İran və Çini hədəf almasının böyük bir səhv olduğunu Mark Karninin çıxışında da görə bilirik.

Mark Karni Rotşild ailəsinin özəl bankiridir. İllərdir ailə ilə birlikdə işləyir. Bir çox ölkələrdəki iqtisadi böhranın daha da genişlənməsində Mark Karninin böyük rolu olub.

ABŞ prezidenti Donald Tramp bitkoin və libranın yaşamaq ehtimalının olmadığını deyir. Lakin o, sərvətinin böyük bir hissəsini bitkoinə çevirib. İndi libra üçün də lazımi addımları atır. Buradan başa düşülür ki, Tramp da dolların hökmdarlığının bitəcəyini anlayıb.

Amerika Birləşmiş Ştatlarının önəmli iqtisadçıları Pentaqonla görüşərkən bildiriblər ki, silahlı hərbi müharibələrin olması vacibdir. Çünki dolların kənarda qalmaması üçün Pentaqon müharibə etməlidir. Lakin bu müharibə keçmişdə olduğu kimi İran-İraq və ya Ərəb Baharı kimi olmamalıdır. Çünki məlumdur ki, bu cür çevrilişlər və ya İran-İraq kimi ölkələr arasında olacaq müharibələr dolların hakimiyyətini qorumağa kifayət etməyəcək. Artıq dünya əvvəlki kimi deyil.

Hərbi baxımdan III Dünya müharibəsi sayılacaq bir müharibə nüvə başlığı ilə start götürməlidir. Burada da ilk ehtimal, əlbəttə ki, Şimali Koreyadır. Lakin Şimali Koreyanın atacağı nüvə raketi Yaponiya və Cənubi Koreyada partlaya bilər. Bu ehtimal da güclüdür. Bu iki ölkə də III Dünya müharibəsini başlada bilməz. Bu səbəbdən, burada hədəf kimi seçilən ölkə İrandır. İndi Pentaqon bütün planlarını Tehranın Orta Şərqdə bir nüvə raketi atması üzərində formalaşdırır. Çünki indi lazımi şey budur. Tehran bunu heç planlamasa da, Pentaqon üçün işləyən 40-a yaxın iranlı general var. Onlardan bəziləri nüvə proqramında çalışır.

Hədəf Səudiyyə Ərəbistanı da ola bilər, İsrail də. Pentaqon bunun nəticələrini öncədən görmək üçün işlər görür. Bu dəfə Çinin III Dünya müharibəsindən qaçmaq şansı yoxdur. Ona görə də, Əfqanıstandan başlayacaq olan böyük bir əməliyyatla İŞİD Çini nüvə silahı ilə hədəf ala bilər.

Bu günə qədər ABŞ-ın verdiyi bütün qərarlara heç bir qarşılıq verə bilməyən Çin torpaqlarına nüvə hücumu olacağı təqdirdə, sözsüz ki, hərəkətə keçməyə məcbur olacaq.

Vaşinqton 1944-cü ildə dolların hakimiyyəti üçün çox önəmli bir qərar almışdı. II Dünya müharibəsinin baş verməsi də dolların rezerv pula çevrilməsi üçün idi. Müharibə davam edərkən ABŞ Bretton Vuds qəsəbəsində qızıl əsaslı pul sisteminə keçilməsinə qərar vermişdi. BVF və Dünya Bankının təməli də orada atılıb. Adı da Bretton Vuds sistemi oldu. İndi bu sistemi qorumaq üçün 73 il sonra yenidən böyük bir müharibə baş verməlidir. Vaşinqtonun dərinliklərində bu müharibənin neçə qitəni və neçə ölkəni əhatə edəcəyi qərarlaşdırılır.

Görünür, bundan başqa çıxış yolu qalmayıb. ABŞ get-gedə küncə sıxılır.

Bəlkə, hegemonlar dolların qalxmasından çox, müharibəni istəyirlər? Bunun da üzərində ayrıca düşünmək lazımdır.

Bilmək lazımdır ki, artıq veriləcək bir qərar qalmayıb. Müharibə bizi gözləyir. Əks halda ABŞ səssizcə məhv olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar