Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədət Quliyev nazirliyinin sözçüsünü işdən çıxarıb

Bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb

 

Əmrə əsasən, Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəsifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi.

Nazirliyin sözçüsü vəzifəsi isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakova həvalə olunub.

Pia.az "Report"a istinadən xəbər verir ki, bu ilin iyun ayında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov da vəzifəsindən azad olunub və müvafiq əmrlə bu vəzifəyə Zaur Əliyev təyin edilib. Həmçinin Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də vəzifəsindən azad olunub. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyində struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

Belə ki, nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan oğlu Bayramov MSN-nin Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar