Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi"nin məşqçisi 20 oyunluq cəzalandırıldı - Ayxan Abbasova şillə vurub

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında III turun "Neftçi" - "Sumqayıt" matçında baş verənlərlə əlaqədar tədbir görüb.

Pia.az "Report"a istinadən xəbər verir ki, 82-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya, klub 200 manat cəriməyə məruz qalıb.

90+4-cü dəqiqədə “Neftçi”nin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Həmin epizodda aqressiv davranışa yol verən "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq diskvalifikasiyaya, klubu 2400 manat cəriməyə məruz qalıb.

“Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub.

Abbasov isə mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin avqustun 28-də onun barəsində çıxardığı ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanıb, klub 800 manat ziyana düşüb.

Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduqlarından, kluba 800 manat cərimə kəsilib.

Qeyd edək ki, qalmaqal 90+3-cü dəqiqədə "Neftçi"nin futbolçusu Stiven Monrozun qələbə topunu vurmasından sonra başlayıb. "Sumqayıt" klubu qol epizodundan əvvəl "feyr-pley" qaydalarının pozulduğunu iddia edib. Meydanda iki komandanın üzvləri arasında toqquşma baş verib. Nəticədə "Neftçi"nin məşqçisi Etibar Tanrıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov dalaşıb. Referi Səbuhi Bayramov hər iki oyunçunu meydandan qovub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar