Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP nazirləri jurnalistlərin önünə çıxarır

“Bütün nazirlər, dövlət strukturlarının rəhbər şəxsləri Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçiriləcək mətbuat konfranslarında aktiv iştirak edəcəklər”

Modern.az-a bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev danışıb. O qeyd edib ki, bir neçə il əvvəl partiya tərəfindən həyata keçirilən mətbuat konfransları ənənəsi davam etdiriləcək:

“Mövcud qərargahda texniki şərait imkan verdiyinə görə, konfransların bərpasını nəzərdə tutmuşuq. Mətbuat konfransları nəticəsində dövlət strukturlarının rəhbər şəxsləri ilə KİV arasında aktiv təmas qurulacaq. Bununla həm də mətbuatın bu sahədə fəaliyyəti daha da asanlaşacaq. Layihənin əsas məqsədi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır”.

H.Paşayev onu da əlavə edib ki, bütün elektron və ənənəvi mətbuatın nümayəndələri konfranslarda iştirak edə bilərlər:

“Təbii ki, mətbuat konfranslarının işıqlandırılması qarşı tərəfin də istəyi ilə həyata keçiriləcək”.

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. Sentyabrın 10-da ilk mətbuat konfransı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

pia.az


Etiket: Nazirlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar