Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə yeni müharibə anonsu: “Hizbullah”-İsrail savaşı nə qədər gözləniləndir?..

Politoloq: “Livanla İsrail arasında olan müharibə İran-İsrail münaqişəsi kimi nəzərdən keçirilə bilər”

ABŞ və İsrail İrana qarşı təhdidləri artırdıqca İran da Livan, Yəmən, Fələstin, Suriya ərazilərindən İsarili vurmağa davam edəcək”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Livanla İsrail arasında yaranan müharibə vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İsrail ordusu Livandan ölkənin şimalına tank əleyhinə raketin atılmasına cavab olaraq qarşı tərəfə 100-dən çox mərmi atıb. Daha əvvəl isə “Hizbullah” hərəkatının döyüşçüləri Livanla sərhəddə İsrailə məxsus zirehli texnikanı məhv ediblər. Nəticədə yəhudi hərbçilər arasında ölən və yaralananlar olub.

Ardınca İsrailin baş naziri Binyamin Netanyahu Livandan açılan atəş nəticəsində ölkəsinin heç bir itki vermədiyini bəyan edib.

“Reuters” yazır ki, son bir həftə ərzində iki ölkə sərhədində artmaqda olan gərginliyin ardından yeni müharibənin başlanması ehtimalı da yüksəlib. Məsələyə İran, ABŞ və Ərəb Dövlətləri Liqası da münasibət bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, “Hizbullah” hərəkatı tərəfdarları Qüdsün təcavüzkar hərəkətlərinə cavab olaraq, İsrail ərazisində hərbi obyektlər də daxil olmaqla, bir neçə hədəfi atəşə tutublar. “Hizbullah” cavab zərbəsi endirib”, - deyə IRNA onun sözlərini sitat gətirib.

İran rəsmisi qeyd edib ki, İsrailin hərəkətləri ABŞ-ın bölgədə bədniyyət davranışları ilə eyniyyət təşkil edir.

Amerikanın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi və prezident Donald Trampın köməkçisi Ceyson Qrinblatt sentyabrın 1-i “Twitter”də bəyan edib ki, İsrailin Livan ərazisindən gələn hücumdan müdafiə olunmaq hüququ tam legitimdir.

Onun sözlərinə görə, “Hizbullah” döyüşçülərinin Livandən İsrailə tank əleyhinə raketlə hücumu “İran kuklaları” tərəfindən təşviq edilib. Və buna görə İsrailin müdafiə olunmaq haqqı var. Qrinblattın sözlərinə görə, İran öz növbəsində bütün regionda sülhün bərqərar olmasına maneəçilik törədir və həm israillilərin, həm də fələstinlilərin gələcəklərinə zərbə vurur.

Ərəb Dövlətləri Liqası (ƏDL) öz növbəsində iki ölkə arasında artan gərginliklə bağlı bazar günü bəyanatla çıxışb edib.

Təşkilat bildirib ki, İsrailin Livanla sərhəddə vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərinin qarşısının alınmasına görə məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür:

“Dünya ictimaiyyəti İsrailin öz seçkiqabağı məqsədləri üçün vəziyyətin daha da gərginləşməsinə təkan verə biləcək hərəkətlərini dayandırmalıdır. Baş katib Əhməd Əbu əl-Qeyt sərhədyanı ərazilərin atəşə tutulmasını narahatçılıqla izləyir və istənilən hücumların fonunda Livan dövləti ilə tam həmrəy olduğunu ifadə edir”.

Yeni “Hizbullah”-İsrail savaşı nə qədər gözləniləndir və bu savaş başlayarsa, Yaxın Şərq prosseslərinə, o cümlədən Suriya ətrafında gedən prosseslərə və ABŞ-İran münasibətlərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “İran bu yolla ABŞ-a və İsrailə göstərmək istəyir ki, istənilən vaxt İsrailin təhlükəsizliyinə təhdid ola bilər”.

Livan-İsrail müharibəsinin ABŞ və İsrailin İrana qarşı sanksiyalarının artdığı dövrə təsadüf etdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında qed edib ki, İran bu sanksiyalara cavab olaraq Yaxın Şərqdə onun himayəsindən olan silahlı qüvvələri, xüsusən də “Hizbullah”ı İsrailə qarşı istifadə etməyə qərar verib:

“Livanla İsrail arasında olan müharibə İran-İsrail münaqişəsi kimi nəzərdən keçirilə bilər. Çünki Livan Yaxın Şərqdə şiə hilalına, şiə ayparasına daxil olan geosiyasi mövqeyə daxildir. Yəni İran İsrailə və Səudiyyə Ərəbistanına qarşı şiə ayparasını yaradıb və İranın Yaxın Şərqdə geosiyasi maraqlarını həyata keçirmək üçün yaratdığı bu ayparaya Suriya, Livan, Yəmən daxildir. İranın Livanda silahlandırılmış böyük şiə icması var. Onların arsenalında da yüz minlərlə raket var.

Livan-İsrail müharibəsi ABŞ və İsrailin İrana qarşı sanksiyalarının artdığı dövrə təsadüf edir. İran da bu sanksiyalara cavab olaraq Yaxın Şərqdə onun himayəsindən olan silahlı qüvvələri, xüsusən də Hizbullahı İsrailə qarşı istifadə etməyə qərar verib. İran bu yolla ABŞ-a və İsrailə göstərmək istəyir ki, istənilən vaxt İsrailin təhlükəsizliyinə təhdid ola bilər. Necə ki, ABŞ və İsrail İranı təhdid edir, İran da İsrailin təhlükəzisliyinə Hizbullah vasitəsi ilə təhdid edə bilər və öz nəzarətində olan dövlətlərdən bilavasitə İsrailin ərazisinə hücumlar təşkil edə bilər.

Nəzakət Məmmədova: “Müharibə başlasa belə, bu müharibə Livan-İsrail müharibəsi yox Livan ərazisindən istifadə edən İranla İsrail arasında müharibə olacaq”.

Bir sözlə İran İsraili böyük müharibəyə cəlb edə bilər. Bu müharibə İsrailə təhdidir. İran göstərmək istəyir ki, istənilən an İsrailin təhlükəsizliyini poza bilər və buna qadirdir. Hal-hazırda Livan İsraillə İran arasında poliqon dövlətdir. Bu poliqon da döyüş meydanıdır.

Bir daha qeyd edim ki, müharibə başlasa belə, bu müharibə Livan-İsrail müharibəsi yox Livan ərazisindən istifadə edən İranla İsrail arasında müharibə olacaq. Bildiyimiz kimi İsrail birbaşa İrana hücum etməyəcək. Amma İsrail və Yaxın Şərqdə İranın nəzarətinə daxil olan ölkələr arasında müharibə gedəcək. O cümlədən də bu müharibə Livan ərazisində gedəcək. ABŞ və İsrail İrana qarşı təhdidləri artırdıqca İran da Livan, Yəmən, Fələstin, Suriya ərazilərindən İsarili vurmağa davam edəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

Ən çox oxunanalar