Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asif Ağayev və Qəhrəman Qəhrəmanov prezidentin ayırdığı vəsaiti necə mənimsəyirlər?..

Beyləqandakı 1 milyonluq tenderin qalibi üzə çıxdı – Ölkə prezidentinin rayonun abadlaşdırması üçün ayırdığı vəsaiti başçı ilə dostu xərcləyir...

Beyləqan rayon İcra Hakimiyyətinin “Abadlıq və quruculuq” işləri üzrə sifarişçi olduğu tenderə yekun vurulub. Dəyəri 999.998 (doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan səkkiz) manat olan tenderin qalibi “Vaqif” firması olub. Bu barədə məlumat Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytında https://etender.gov.az/ öz əksini tapıb.

Maraqlıdır ki, Asif Ağayev və Qəhrəman Qəhrəmanov prezidentin ayırdığı vəsaiti 1 milyon vəsaitdən cəmi 2 manat qənaət ediblər.

Xatırladaq ki, prezident İlham Əliyev Beyləqana etdiyi son səfərində rayonun abadlaşdırılması üçün Prezidentin Ehtiyyat Fondundan 1 milyon manat vəsait ayırıb. Beyləqandan aldığımız məlumata görə isə həmin vəsaitin böyük hissəsi icra başçısı Asif Ağayev və Beyləqan mal-qara bazarının müdiri, Asif Ağayevin dostu Qəhrəman Qəhrəmanov tərəfindən mənimsənilir.

Qeyd edək ki, “Vaqif” firması təxminən bir ay öncə, iyul ayının 29-da daha bir tenderin, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinin “Yolların əsaslı təmiri” lotu üzrə sifarişçi olduğu 444.881 (dörd yüz qırx dörd min səkkiz yüz səksən bir) manatlıq daha bir tenderin qalibi olub.



PİA.AZ Beyləqan rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi olan “Vaqif” firması və sahibi ilə bağlı maraqlı məlumatlar əldə edib. Nizamnamə kapitalı 20 manat olan “Vaqif” firması 1997-ci ildə təsis edilib. Firmanın qanuni təmsilçisi Qəhrəmanov Qəhrəman Qiyas oğludur.

Bu həmin Qəhrəman Qəhrəmanovdur ki, PİA.az saytı onun haqqında oxuculara bir neçə dəfə ətraflı məlumat verib. Saytımıza Beyləqandan daxil olan məlumatda bildirilir ki, Beyləqan mal-qara bazarının müdiri olan Qəhrəman Qəhrəmanov uzun müddətdir paytaxt Bakıda və müxtəlif rayonlarda Səhiyyə Nazirliyinin təmir-tikinti işləri ilə məşğul olur.

Səhiyyə Nazirliyinin paytaxtda və rayonlardakı bir çox təmir tikinti işlərin Qəhrəman Qəhramanova məxsus “Vaqif” Firması həyata keçirib. Aldığımız məlumata görə Q. Qəhrəmanova məxsus şirkətin Səhiyyə sistemində çoxsaylı tenderlərin qalib olmasının əsas səbəblərindən biri onun nazir Oktay Şirəliyevin yaxın ətrafı ilə münasibətlərinin olmasıdır.

PİA.az-a verilən məlumatda qeyd edilir ki, Asif Ağayev Beyləqan icra başçısı təyin edildikdən sonra rayonda yeganə yaxın olduğu şəxs məhz Qəhrəman Qəhrəmanovdur. Buna misal olaraq icra başçısının bir neçə ay bundan öncə oğlunun toyunda Beyləqandan təkcə Qəhrəman Qəhrəmanovun iştirak etməsini və Asif Ağayevin hazırda rayonda onun evində qalmasını deyə bilərik.

Bildirək ki, Beyləqandakı tenderlərin Qəhrəman Qəhrəmanova verilməsinin rayondakı digər sahibkarlar tərəfindən xoş qarşılanmaması barədə iki ay öncə oxucularımıza ətraflı məlumat vermişdik.

Oxuyun: Asif Ağayev üçün Beyləqan mal bazarının müdiri niyə önəmlidir?

Saytımıza daxil olan məlumatda bildirilir ki, Qəhrəman Qəhrəmanova məxsus “Vaqif” Firmasının Beyləqan şəhəri kanalüstü ərazidə həyata keçirtdiyi abadlıq-quruculuq işlərinin əksəriyyəti olduqca keyfiyyətsizdir və kənardan müşahidə etdikdə xərclənən vəsaitin böyük bir hissəsinin mənimsənilməsi açıq-aydın görünür.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar