AKP-nin Mərkəzi İdarə Heyətinin iclası keçirilib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnanın rəhbərliyi ilə AKP-nin Mərkəzi İdarə Heyətinin iclası keçirilib.
“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, mediaya qapalı şəkildə keçirilən iclas 4 saat 40 dəqiqə davam edib. İclas zamanı komitə üzvləri, heyət üzvləri Əhməd Davudoğlunun, Ayxan Səfər Üstünün, Abdullah Başçının və Səlcuq Özdağın partiyadan xaric olunmasını istəyiblər.
Bu tələb Mərkəzi İntizam Komitəsinə təqdim edilib.
pia.az