Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə 4500 nəfərin yaşadığı kənd içməli su ilə təmin edilib

JTI Azərbaycanda daha bir layihə gerçəkləşdirib

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə gerçəkləşdirib.

PİA.az-ın xəbərinə görə, sayca on birinci olan layihə Şəki rayonunun Qozlubulaq kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şəki Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova və layihənin koordinatoru Gunel İbrahim layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin əhali, ərazi və iqtisadiyyat baxımından önəmli olan Şəki rayonunda həyata keçirdiyinə görə JTI şirkətinə öz minnətdarlıqlarını bildiriblər. JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını deyib.
Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 4500-ə yaxın olan Qozlubulaq kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. Bu, JTI şirkətinin dəstəyi ilə Şəki rayonunda həyata keçirilən ikinci su təchizatı layihəsidir. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, AğcabədiSamux rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 50 000-ə yaxın vətəndaş təmiz içməli su ilə təmin edilib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar