Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aşurada özünə xəsarət yetirənlərə cinayət işi açıla bilər

Sentyabrın 1-dən Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhərrəm ayının 10-cu günü, Aşura sentyabrın 10-a təsadüf edir

Bu ay boyunca bəzi insanlar sinə, zəncir vurmağı, qan çıxarmağı vacib əməl kimi qiymətləndirirlər. Məscidlərdə zəncir vuran, özünə xəsarət yetirən insanların az-çox şahidi oluruq. Bu əməllər isə birmənalı qarşılanmır.

Bəs bədənə bu cür xəsarətlərin yetirilməsi nə dərəcədə doğrudur, ümumiyyətlə bu hərəkət ay üçün mütləq haldırmı? Hüquqi baxımdan özünə xəsarət yetirmək cinayət əməli sayıla bilərmi?

Mövzu ilə bağlı İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a danışıb.

Din xadimi bildirir ki, artıq 10 ildir ki, Məhərrəmlikdə özünə xəsarət yetirməklə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) qadağa qoyub:
“Bu qadağa da birbaşa olaraq inkişaf səviyyəsinin göstəricisidir. Bu gün qan çıxarmaq əvəzinə QMİ olaraq biz talassemiya, hemofiliya xəstəliyindən əziyyət çəkən qan azlığı olan uşaqlara qan veririrk. İmam Hüseynin şüarlarından da biri bu idi ki, bir insana qan, həyat vermək bəşəriyyətə can vermək, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Bu anlamda biz məhz Aşura günü qanvermə keçiririk. Biz insanlar arasında da maarifləndirmə işləri apararaq, onları qanvermə aksiyasına çağırırıq. Bu aksiyada qan verən insanlar da artıq Azərbaycan əsgəri olur, millətə xidmət edirlər”.

Hacı Surxay deyir ki, qanvermə akiyası yalnız Bakıda yox, eyni zamanda bölgələrdə, rayonlarda da həyata keçirilir:
“Məhərrəmlik ayı boyunca qan çıxarmaq, özünə xəsarət yetirmək də artıq bu yolla aradan itir. Bütün dünya da görür ki, Azərbaycan tolerantdır və ənənə, dəyərlər hər zaman qorunur. Şeyx həzrətləri hər zaman Məhərrəmlik ayı öncəsi toplantı edir, Elmi-Dini Şura, Qazılər Şurası toplanır və bütün axundlara bu barədə göstərişlər verilir. Biz bir qayda olaraq bölgələrdəki din xadimləri ilə saxlayırıq. Onları da qanvermə akiyasına cəlb edir, özünə xəsarət yetirmədən qaçındırırıq”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, özünə xəsarət yetirməyə görə faktla bağlı cinayət işi qaldırıla bilər.

“Cinayət işi açılsa belə, həmin şəxsə qarşı hər hansı bir cəza tətbiq edilmir və məsələyə xitam verilir. Çünki subyekt özü-özünə xəsarət yetirir. Dini baxımdan yanaşsaq, heç bir dində də özünə xəsarət düzgün hal hesab eilmir. Ümumiyyətlə, ictimai yerlərdə özünə ziyan yetirmək qadağan olunmalıdır. Çünki bu hal ətrafdakı insanlarda da həvəs yaradır və ümumi vəziyyəti gərginləşdirir. Gələcəkdə ictimai yerlərdə bu cür halların məhdudlaşdırılması kimi qanunun qəbul edilməsi gözlənilə bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar