Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsəd qardaşını Rusiyanın tələbindən sonra həbs etdirib

Artıq dünən xəbər verildiyi kimi, Suriyanın ən zəngin insanı və ölkə prezidenti Başar Əsədin əmisi oğlu Rami Maxluf həbs edilib

İngiltərənin "The Times" qəzeti bildirir ki, onun əmlakı vətəndaş müharibəsi zamanı Rusiyaya olan borcunu ödəmək üçün müsadirə edilib.

Rəsmi olaraq, vəsait antikorrupsiya kampaniyası çərçivəsində ələ keçirilib. Bu, Maxlufun 22 yaşlı oğlu Məhəmmədin Instagram-da bahalı həyat tərzini əks etdirən fotoları paylaşmaqla diqqəti ailəsinin üzərinə cəlb etməsindən sonra olub.

Qəzet bildirir ki, qardaşının (Bəşər Əsədin - red.) hakimiyyətə gəlməsindən sonra özünün biznes imperiyasını quran Maxluf üç oğlu, o cümlədən Məhəmmədlə birlikdə ev dustağı edilib.

Başqa bir məlumata görə, Bəşər Əsəd Maxlufun həbsinə Rusiya Prezidenti Vladimir Putinin Suriyanın aldığı 3 milyard dolları qaytarmağı tələb etməsindən sonra məcburi olaraq razılıq verib.

Məşhur Panama sənədlərinə görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan öncə Rami Maxlufun varidatı 5 milyard dollardan çox olub. (Virtualaz.org)

pia.az


Etiket: Bəşər Əsəd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar