Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizimlə döyüşmək mənasızdır” – Paşinyandan Qarabağ hədəsi

Paşinyanın növbəti hədəsi

Ermənilər elə birlik və güc nümayiş etdirməlidir ki, istənilən mümkün düşmən Ermənistana qarşı hərbi addımlardan bəribaşdan imtina etsin.
Virtualaz.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağ münaqişəsinin həlli yollarından danışarkən bu utopik tezisi irəli sürüb.

Bundan əvvəl Paşinyan Xankəndində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” demişdi və Ermənistanın 2050-ci ilə qədər elə inkişaf hədəflərini açıqlamışdı ki, hətta öz tərəfdarları belə ona inanmamışdı. Bura Ermənistan əhalisinin 4 milyon nəfər çatdırılması, maaşların, ÜDM-in, səhiyyə və hərbi xərclərin 10 dəfəyədək artırılması kimi utopik məqsədlər daxil idi. Paşinyan bu fantastik hədəflərə necə çatmaq yolları barədə heç nə deməmişdi.

Bir neçə gün əvvəl isə o, guya münaqişənin etimologiyasını əsaslandıra bilmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə etmişdi. Hansı ki, sovet dövründə heç bir muxtariyyətə daxil olduğu respublikanın tərkibindən çıxmaq hüququ verilməmişdi. Müttəfiq respublikalar isə SSRİ-nin tərkibindən çıxmaq hüququna formal da olsa malik idilər.

İndi isə Paşinyan Fransada nəşr edilən erməni jurnalı “Nouvelle d'Arménie”-ə verdiyi müsahibədə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə hərbi və ya diplomatik müstəvidə mümkün deyil. “Bizdə münaqişə var və o nizamlanmayıb. Əgər biz xalqıqsa və strateji düşüncəyə malikiksə, hansı ki, mən buna əminəm, o zaman biz məsələni qısa müddətdə, bir neçə günə həll edə bilmərik. Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyası lazımdır. İlk növbədə zəruridir ki, Ermənistan iqtisadiyyatı və cəmiyyəti rəqabət qabiliyyətli olsun, daimi inkişaf yoluna çıxsın”,-o deyib.

Onun sözlərinə görə, məsələnin həlli üçün geniş kombinasya lazımdır, bunun mərkəzində isə rəqabət qabiliyyətli iqtisadyyat, güclü cəmiyyət və yüksək texnologiyalar dayanmalıdır.

“İdeya bundan ibarətdir ki, bizim mümkün rəqiblərimizə bunu nümayiş etdirək: xalq olaraq biz o qədər birik və cəmiyyət olaraq o qədər səfərbər olunmuşuq ki, dövlət kimi o qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır, çünki bunun yeganə nəticəsi məğlubiyyət olacaq”,-Vovanın oğlu Nikol belə deyib.

Paşinyanın hakimiyyətə gəlişindən bu yana Qarabağ məsələsiinə dair çox vaxt bir-birini təkzib edən, əsasən pafosa və əlçatmaz xəyallara söykənən tezisləri artıq onun qeyri-ciddi siyasətçi obrazının formalaşmasına səbəb olub. Belə görünür ki, bu adam köhnə peşəsindən-90-cı illərə xas olan hay-küylü, pafoslu jurnalistika vərdişlərindən əl çəkə bilmir. Və həmin vərdişləri hər addımda öz siyasətində əks etdirir.

Pia.az


Etiket: Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar