Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrükdə asan keçid: Elektronlaşma nə zaman reallaşacaq?

Müasir texnologiyaların bütün sahələrdə tətbiq olunduğu bir dövrdə bəzi qurumlar müxtəlif səbəblərdən, xüsusilə də öz maraqlarına görə bundan imtina edir

Dövlət Gömrük Komitəsi də adət-ənənəyə sadiq qalan qurumlardandır. Məmur-vətəndaş təmasının minimuma endirilməsi, prosedurların asanlaşması üçün müasir texnologiyaların imkanlarından istifadə etmək ən optimal variant kimi qəbul olunur. Gömrük əməkdaşlarından olan şikayətlərin həddindən çox olduğunu nəzərə alsaq, bu sahədə də yeniliklərin tətbiqinə ciddi ehtiyac var. Xüsusilə də ölkədə istehsal olunmayan, idxal hesabına təmin olunan mal və məhsulların qeydiyyat məsələsi bu məsələnin aktuallığını artırır.

Məlumdur ki, müxtəlif ad altında vətəndaşlardan bəzi hallarda qanunun tələb ediyi rüsumlardan qat-qat artıq vəsait alınır. Bunun bariz nümunəsi isə avtomobil idxalında tətbiq olunan gömrük və avtomobilin dövlət qeydiyyatına alınması üçün rüsumlardır. Bununla bağlı kifayət qədər şikayətlər, problemlər mövcuddur. Bu cür problemlər lizinqlə alınan avtomobillərə də şamildir.

“Cümhuriyət” qəzeti olaraq qısa araşdırma etdik. Məsələn, Almaniya istehsalı, dəyəri 10 min dollar, mühərrikin işçi həcmi isə 2 olan avtomobili Gürcüstandan alıb Azərbaycana gətirilir. Gömrük Komitəsinin saytında sözügedən avtomobilin ölkəyə gətirilməsi üçün lazım olan ödənişləri öyrənmək mümkündür. Sayta daxil olduqda ilk olaraq ekrana “Vətəndaşların Nəzərinə” bölməsi çıxır. Bölmədə yazılır:

“Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır”.

Şərtlərlə tanış olduqdan sonra “Razıyam” düyməsinə tıklayaraq prosedura davam edək.

Dəyəri 10 min dollar olan ikinci əl avtomobilin gömrük rüsumu ümumilikdə 1926 dollar, yəni 3275.92 AZN təşkil edir. Bu isə avtomobilin ümumi dəyərinin 20 faizi deməkdir ki, 18 faizli Əlavə Dövlət Vergisini (ƏDV) nəzərə alsaq, bu məbləğ əslində, münasibdir. Problem isə bundan sonra, daha doğrusu, bu məlumatlara istinad edərək avtomobili gömrükdən keçirmək istəyən zaman ilk məmurla qarşılaşanda başlayır.

Əvvəla, avtomobilin 10 min dollara alındığını və bunu təsdiq edən bank sənədini (invoys - müəll.) gömrükçülərə qəbul etdirmək mümkün olmur. Çünki Gömrük Komitəsi həmin invoysları qəbul etmir və yeni sənəd tərtib edir. Heç bir beynəlxalq təcrübədə olmayan bu prosedur gömrük rüsumlarının 2-3 dəfə artmasına səbəb olur. Gömrükdə yeni tərtib edilən invoysda avtomobilin alış qiyməti artırılır və bununla da sənəd üzərində hər şey qanunda göstərildiyi kimi olur. Vətəndaş isə 10 min dollara aldığı avtomobilə görə 20-25 min dollarlıq avtomobilin rüsumunu ödəməyə məcbur olur.

Bəs bu problemləri necə aradan qaldırmaq olar? Təbii ki, bunun üçün də müxtəlif yollar və təkliflər var. Ən optimal variant olaraq isə təklif olunur ki, sözügedən prosedur tam elektronlaşdırılsın və vətəndaş heç bir gömrük işçisini görmədən avtomobili sənədləşdirsin. Məsələn, Gömrük Komitəsinin saytında olan bölməyə xırda əlavələr (sənədlərin yerləşdirilməsi, ödənişin edilməsi -müəll.) etməklə bu məsələni həll etmək mümkündür. Eynilə lizinqdə olan avtomobillər üçün də bu sistemi tətbiq etmək olar. Təklif olunur ki, yaradılacaq elektron sistemə sənədlər daxil edilir, ödəniş həyata keçirilir, avtomobil ölkəyə idxal olunur və ya lizinqdən çıxarılır. Sonra isə avtomobili ölkəyə idxal edən şəxsin qeydiyyatda olduğu ərazi üzrə texniki baxış və dövlət nömrə nişanını almaq prosesləri həll olunur. Bununla da asan və şəffaf sistem yaranar, vətəndaş nə Gömrük Komitəsinin, nə də Dövlət Yol Polisi əməkdaşı ilə təmasda olar. Beləliklə zaman itkisi olmaz, əsəblər gərilməz, iddia və şikayətlər ortaya çıxmaz, proses tam şəffaf və asan icra olunar. Bu qurumlar nəzarətçi funksiyasını yerinə yetirər və şübhəli olan sənədlərin araşdırılması, yaranacaq hər hansı problemin aradan qaldırılması üçün aidiyyatı orqanlarla birgə əməkdaşlıq edər. Bir sözlə, elektron sistemin tətbiqi nəticəsində şəffaflıq və asanlaşma hesabına həm vətəndaşın işi rahatlaşar, həm də dövlət qurumlarının üzərindən yük qalxmış olar. (Cebhe.info)

pia.az


Etiket: DGK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar