Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir”

Avqustun 29-u Dövlət Gömrük Komitəsində (DGK) ölkədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib

Görüşdə gömrük generalları, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və s. qurumların nümayəndələri iştirak edib. İştirakçılar arasında Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndələri olmayıb.

PİA.az xəbər verir ki, məsələyə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Müşahidələr göstərir ki, hazırda gömrük- sərhəd buraxılış məntəqələrində əsas problem DGK və DSX arasında olan münasibətlər və bu qurumların qanunvericiliyin icazə verdiyi səviyyədəki paralel yoxlamalarıdır. DGK və DSX generalları dəfələrlə görüşsələr də bu problem öz həllini tapmayıb.

Hazırda real durum belədir ki, sərhəddə “iki pəncərə”, DGK və DSX pəncərələri var bütün gömrük-sərhəd proseduraları paralel olaraq hər ikisində aparılır. Əlavə, lazımsız proseduralar mövcuddur. Bir neçə yerdə passport yoxlamaları var.

Nəticədə isə insanlar saatlarla gözləməli olurlar, lazımsız vaxt itkisi və uzun növbələr yaranır.

Qeyd etmək lazımdır ki, son zamanlar gömrük sistemində xeyli müsbət dəyişiklik baş verib. Sərhəd-buraxılış məntəqələrində keçid prosesinin sürətləndirilməsi, şəffaflığın təmin edilməsi üçün gömrük proseduralarının sadələşdirilməsi məqsədilə müəyyən addımlar atılıb. Amma müşahidələr göstərir ki, indiki məqamda daha ciddi uğurların əldə edilməsi üçün ilk növbədə iki əsas problem həllini tapmalıdır:

1. Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, yenidən tənzimlənməlidir. Əgər biz istəyiriksə ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə daha yaxşı nəticələr əldə edək, onda vacibdir ki, bu iki qurum arasında yoxlamalardakı paralelilik aradan qaldırılsın.

2. Gömrük Məcəlləsi yenidən işlənməlidir. Gömrük tariflərinə yenidən baxılmalıdır. DGK Gömürk Məcəlləsinin yenilənməsi ilə bağlı 2 il olar ki, işlər aparırdı, bir xeyli görüşlər keçirilib təkliflər hazırlanmışdı. Amma bu məsələ hələ də öz həllini tapmayıb. Qonşu ölkələrlə müqayisədə gömrük rüsumlarında, məsələn avtomobillərə qoyulan və heç bir izahı olmayan rüsumlara yenidən baxılmalıdır". (Cebhe.info)

pia.az


Etiket: DGK DSX

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar