Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gecə yatmayan maliyyə sektoru - “Forex” bazarı

“Forex” bazarında gündəlik əməliyyat həcmi təxminən 5 trilyon dollara çatır. Bu rəqəm dünyanın ən böyük nağdlaşma göstəricisidir...

Mustafa PAMUKOĞLU
“Aydınlık” qəzeti, Türkiyə, 30 avqust 2019-cu il

1973-cü ildən etibarən sənayeləşmiş ölkələr pullarını üzən məzənnəyə keçirdilər. Elastik məzənnəyə keçilənə qədər əsas prinsip sabit məzənnə idi və məzənnələri uzun müddət nizamda saxlamağa çalışdılar. Üzən məzənnə sistemlərinə keçilməsi və 1980-ci illərdən etibarən maliyyə bazarları üzərindəki bütün məhdudiyyətlərin ləğv edilməsi beynəlxalq sərmayə cərəyanlarının ciddi şəkildə sərbəstləşməsinə yol açdı. Elə bir nöqtəyə gəldik ki, bu gün beynəlxalq sərmayə cərəyanları ticarət cərəyanlarından daha böyük hala gəldi. Bu da ortaya yeni suallar çıxarır.

Bu sərmayə cərəyanlarının bazarları haradadır? Necə işləyir? Keçən gecə türk lirəsi niyə dollar qarşısında zəiflədi və dollar 6.40 tl oldu? Mütəxəssislər bunu “Flash Crash” (ani qırılma) ilə açıqladılar. Bəs bu “Flash Crash” nədir? “Forex” bazarları necə işləyir?

Argentinadan sonra dünyanın ən kövrək ikinci ölkəsi olan Türkiyənin maliyyə dəyişikliklərini doğru şəkildə analiz etmək üçün bu bazarları tanımaq lazımdır. Digər tərəfdən, Türkiyənin elə bir iqtisadiyyatı var ki, Tramp bir dəfə asqırsa, Türkiyə xəstə olur. Ya da ki, Tramp gözəl bir söz deyən kimi türk iqtisadiyyatının çiçəkləndiyinə inanırıq. Bunun səbəblərini də neo-liberalizmdə və “borcu alan borclu qalanı idarə edər” prinsipində axtarmaq lazımdır. “Forex”-i anlamağa çalışaq.

“Forex” nədir?

“Forex” (Xarici Valyuta Bazarı ya da FX) müxtəlif ölkələrə məxsus pul vahidlərinin topdan alınıb satıldığı bir bazardır. Bu bazarda ölkə pulları ilə yanaşı, əmtəə, səhmlər və birja indekslərinin topdan satış dəyəri üzərində qeyd olunan CFD-lər (Contract for Difference) də alınıb satıla bilər. “Forex” əməliyyatları, ümumən, mütəşəkkil bazarda həyata keçirilmir. Beynəlxalq nəzarəti güclü olan və dünyanın ən böyük bank və maliyyə quruluşlarının fəaliyyət göstərdiyi bazarda bütün əməliyyatlar bankçılıq vasitəsilə həyata keçirilir. Buna görə də, tək bir bazar və ya mərkəz yoxdur.

“Forex”-in əməliyyat həcmi nə qədərdir?

“Forex” bazarında gündəlik əməliyyat həcmi təxminən 5 trilyon dollara çatır. Bu rəqəm dünyanın ən böyük nağdlaşma göstəricisidir. Yəni bu rəqəmlə bazardakı malları dəyərini itirmədən pula çevirmək olur.

“Forex” bazarı həftə içi 5 gün 24 saat əməliyyat edə bilir. Əməliyyatlar beynəlxalq bazarda həyata keçirildiyi üçün əməliyyat keçirilməyən bir vaxt periodu yoxdur. Bu bazar cümə gecəsi 23:59-da bağlanır və bazar ertəsi 00:00-dan aktiv olur. Yəni həftə sonu işləmir.

“Forex” bazarında necə investisiya qoymaq olar?

“Forex” bazarında investisiya hesabı açmaqla bağlı bir məhdudiyyəti olmayan hər kəs əməliyyat keçirə bilər. “Forex” bazarı leverec və kredit dayağı ilə işləyir. Yəni leverec əlinizdəki sərmayənizin neçə qatı ilə əməliyyat edəcəyinizi müəyyən edir. Az miqdardakı sərmayə ilə böyük miqdarda gəlir əldə etməyə kömək edir. Türkiyədə FX bazarında leverec nisbəti 1:10 olaraq müəyyən edilib. Bunun mənası odur ki, 5000 dollarınız varsa, 50.000 dollarlıq əməliyyat edə bilərsiniz.

“Forex” bazarının üstünlükləri

Yüksək nağdlaşma: Yüksək əməliyyat həcmi ilə “Forex” dünyanın ən güclü nağdlaşma bazarı kimi qəbul edilir. Buna görə də, bazarda fərziyyə və ya manipulyasiya yaranması çətin məsələdir.

Leverec imkanları: “Forex” bazarında qoyduğunuz invertisiyadan daha böyük miqdarda əməliyyat edə bilərsiniz.

Müxtəlif vasitələrlə investisiya qoymaq şansı: “Forex” bazarında paritet, əmtəə, birja indeksləri və qiymətli metallara da investisiya qoya bilərsiniz.

Asanlıqla əməliyyat keçirmək: “Forex” bazarında internetə çıxışınız olan hər yerdən bütün gün ərzində asanlıqla əməliyyat keçirə bilərsiniz. Həmçinin, bazarda müxtəlif əmr növləri ilə həm azalma, həm də çoxalma yönündə əməliyyatlar etmək olur.

Azalma yönündəki əməliyyatın qiyməti: “Forex” bazarında komissiya xərci olmadığı üçün əməliyyat qiymətləri də olduqca aşağıdır.

“Forex” bazarlarının Türkiyə üzrə hüquqi əsası

27.09.2011 tarixli və 28038 saylı rəsmi qəzetdə yayımlanan Sərmayə Bazarı Komitəsinin Seriya: V, №:125 saylı “Leverecli alğı-satqı əməliyyatları və bu əməliyyatları həyata keçirə biləcək qurumlarla bağlı əsaslar haqqında bildiriş” ilə SBK qanunvericiliyi çərçivəsində “Forex” əməliyyatlarına vasitəçilik edən qurumlar SBK tərəfindən icazəli və lisenziyalı olmalıdırlar. “Forex” əməliyyatı edəcək qurumun leverecli əməliyyatlar üçün icazə sənədi olmalıdır.

Bütün ölkələrdə buna bənzər qanunlar var. Davam edəcəyik və “Flash Crash”-in nə olduğunu açıqlamağa çalışacağıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar