Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın Şirkəti cərimələndi – Ölkədən çıxardığı vəsaitin taleyi məlum deyil

Nərimanov Rayon Məhkəməsində “Aznur Trade” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılıb

Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola uyğun olaraq cərimə edilib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

“Aznur Trade” MMC Azərbaycanda “Belarusskiy” ticarət şəbəkəsini idarə edir. “Belarusskiy” mağazalar şəbəkəsində Belarusun istehsalı olan geniş çeşidli qida məhsulalrı satılır. Adıçəkilən şirkətin isə parlamentin oliqarx deputatlarından biri olan Xanlar Fətiyevə aid olduğu bildirilir.

Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı ətraflı və rəsmi sənədlərə əsaslanan məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, oliqarx deputatın Avropada da geniş şəbəkəyə malik biznesinə təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya yox, həm də supermarketlər şəbəkəsi daxildir.

Belə ki, jurnalistin bildirdiyinə görə, Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur. Eyni zamanda, Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

Bütün bunlarla yanaşı, deputatın şirkətinin qanunlara məhəl qoymadığı da məlum olur. Bunu yuxarıda qeyd edilən məhkəmə qərarı da təsdiqləyir. Bu, o deməkldir ki, deputatın şirkəti xaricə mal idxalı adı altında külli miqdarda vəsait çıxarsa da, əvəzində heç nə idxal etməyib. Nəticədə buna görə sadəcə, ölkədən çıxarılan həmin məbləğin müəyyən faizini cərimə şəkildə ödəməklə razılıaşmış olub…( Fed.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar