Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın dəyişməz polis şefi – Erməni Avakov niyə Ukrayna hakimiyyətləri üçün vaz keçilməzdir?..

Poroşenko məcburiyyətdən Arsen Avakovu nazir postunda saxlayırdı, bəs Zelenski niyə Avakova bir daha etimad nümayiş etdirdi?..

Politoloq: “Avakov hiyləgər siyasətçidir. O, işini elə quracaq ki, Zelenski ilə olan münasibətlərində gərginliklər yaranmasın”.

“Məndə olan məlumata görə, Zelenski Avakovdan təminat aldı ki, Avakov seçkilərin tam şəffaf keçirilməsini təmin etsin. Bilirsiniz ki, orada seçkilərə, bizim Mərkəzi Seçki Komissiyasından fərqli olaraq, Daxili İşlər Nazirliyi nəzarət edir”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukraynanın yeni hökümətində erməni əsilli Arsen Avakovun Daxili İşlər naziri kimi saxlanılmasını şərh edərkən bildirib.

Qeyd edək ki, dünən Ukrayna Ali Radası Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Böyük səs çoxluğu ilə təsdiqlənən yeni hökümətdə  diqqət çəkən məsələrdən biri də Arsen Avakovun Daxili İşlər naziri kimi öz postunu qoruması oldu. Xatırladaq ki, 2014-cü ildən bu günə qədər Ukraynada bir neçə dəfə Kabinet dəyişikliyi olub. Hətta Arsen Avakovun üzv olduğu “Xalq Cəbhəsi” Partiyası Ali Radada etimatsızlıq səbəbindən hökümətdən çəkilsə belə, Poroşenkonun formalaşdırdığı yeni hökümətdə Avakov öz postunu qoruya bildi. Daha sonra isə Odessa vilayətinin o zamankı qubernatoru Mixail Saakaşvili ilə Avakov arasında qarşıdurma yaşanarkən, Poroşenko Avakovu seçdi və tələbəlik dostu, uzun illər tanıdığı Mixail Saakaşvili ilə bütün siyasi və insani münasibətlərinə son verərək, Gürcüstanın sabiq prezidentini vətəndaşlıqdan məhrum etdi.

Onu da vurğulayaq ki, həmin dönəmdə və ondan sonra Poroşenko Avakov ilə ciddi fikirayrılığı yaşayırdı və Ukrayna DİN-nin rəhbəri demək olar ki, prezidenti saymır və onunla hesablaşmırdı. Bu əslində Poroşenkonun parlamentdəki koalisiyanı dağıtmamaq istəməsi ilə əlaqəli olsa da, Poroşenkonun Avakova olan nifrəti də açıq hiss olunmaqdaydı.

Avakovun Zelenski hökümətində də yer alması isə çoxları üçün gözlənilməz oldu. Bu da onu göstərdi ki, Arsen Avakov partiyasının tam iflasa uğramasına baxmayaraq Ukraynada hələ də önəmli siyasi fiqurdur. Bəs erməni əsilli nazirin 2014-cü ildən sonra baş verən hökümət dəyişikliklərində öz postunu qoruya bilməsini nəylə bağlıdır? Avakovu Ukrayna hakimiyyətləri üçün bu qədər önəmli edən hansı səbəblərdir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Elxan Şahinoğlu: “Görünür, Zelenski Avakov qarşısında borclu qalıb və onu hökümətdə saxlamaqla əvəzini ödəyib”.

Mövzu ilə bağlı PİA.az-a danışan Elxan Şahinoğlu hesab edir ki, Avakov Zelenski ilə prezident seçkiləri prossesində ittifaq yaradıb və seçkidə Daxili İşlər naziri olaraq Zelenskiyə qarşı saxtakarlıq olunmasının qarşısını alıb. Amma politoloq hesab edir ki, bu ittifaq uzun müddət davam etməyə də bilər və ilk fikir ayrılığı ortaya çıxdığı zaman Poroşenkodan fərqli olaraq Zelenski asanlıqla Avakovu vəzifədən uzaqlaşdıra bilər:

“Avakov Ukraynanın ən güclü siyasi fiqurlarından biri hesab edilir. Onun əvvəllər böyük biznesi də var idi. Poroşenko öz dövründə onu uzaqlaşdırmaq istəyirdi, amma bu, mümkün deyildi. Çünki Poroşenko o vaxtı parlamentdə səs çoxluğuna malik deyildi ki, Avakovu işindən uzaqlaşdıra bilsin. Bu zaman ortaya məntiqi sual çıxır: Əgər Zelenskinin partiyası parlamentdə böyük səs çoxluğuna malikdirsə, bəs onda yeni hakimiyyət niyə Avakovu vəzifəsindən uzaqlaşdırmadı?

Məsələ burasındadır ki, prezident kampaniyası dövründə Avakovla Zelenski arasında müəyyən təmaslar yaranıb. Məndə olan məlumata görə, Zelenski Avakovdan təminat aldı ki, Avakov seçkilərin tam şəffaf keçirilməsini təmin etsin. Bilirsiniz ki, orada seçkilərə, bizim Mərkəzi Seçki Komissiyasından fərqli olaraq, Daxili İşlər Nazirliyi nəzarət edir.

Elxan Şahinoğlu: “Bu o demək deyil ki, Avakov bu postu uzun müddət qoruya biləcək. Zelenski Avakovu çox asanlıqla onu istədiyi an vəzifəsindən uzaqlaşdıra bilər”.

Həqiqətən də, Avakov əlindən gələni etdi ki, heç bir məntəqədə Zelenskinin əleyhinə saxtakarlıq edilməsin. Buna görə də, görünür, Zelenski Avakov qarşısında borclu qalıb və onu hökümətdə saxlamaqla əvəzini ödəyib. Amma bu, o demək deyil ki, Avakov bu postu uzun müddət qoruya biləcək. Nə vaxt ki, müəyyən fikir ayrılığı yaransa və yollar ayrılsa, Zelenski Avakovu çox asanlıqla vəzifəsindən uzaqlaşdıra bilər. Yenə də qeyd edim ki, Poroşenko bunu edə bilmədi, çünki partiyası parlamentdə səs çoxluğuna malik deyildi. Amma Zelenskinin belə bir imkanı var, çünki partiyası parlamentdə mütləq səs çoxluğuna malikdir.

Yəni Zelenski ilə Avakov arasında yaranmış ittifaq əbədi deyil. Nə zaman münasibətlərdə bir problem yaransa, Zelenski rahatlıqla Avakovu işindən uzaqlaşdıra bilər. Amma Avakov hiyləgər siyasətçidir. O, işini elə quracaq ki, Zelenski ilə olan münasibətlərində gərginliklər yaranmasın”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar