Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəhvə fincanından başlayan imperializm: 21-ci əsrin “azad bazar” istismarı...

Zəngin ölkələrdəki mənfəət, rifah və ictimai sülh kasıb ölkələrdəki yüz milyonlarla işçinin daha çox istismar edilməsinə səbəb oldu. Bunun əsl adını qoymaq lazımdır: İmperializm...

“El yazmaları” qəzeti, Türkiyə

Avropa və Şimali Amerikada siyasət hazırda 2 düşmən cəbhəyə ayrılır: Bir tərəfdə imperializmi yüksəldən və yenidən canlandırmaq istəyən mühafizəkarlar, digər tərəfdə isə imperializmi və zəngin və kasıb ölkələr arasındakı münasibətləri inkar edərək özlərini proqressiv hesab edən liberallar və sosialistlər. Köləlik və müstəmləkəçiliklə bağlı müzakirələr keçmişdəki səhvləri düzəltmək çərçivəsində aparılır. Bu şəkildə isə imperializmin təbiəti və əmək istismarının müasir, post-müstəmləkəçi dünyada sürətlə davam etməsi fikri bir kənara atılır.

Bu korluğun bir səbəbi də odur ki, imperializmlə müstəmləkə işğalçılığı səhv salınır. İrlandiyanın şimalından və işğal altındakı Fələstindən başqa, ümumən, müstəmləkələr artıq keçmişdə qalıb. Dolayısı ilə, bu, imperializmə də aid edilir. Lakin müstəmləkə sistemi imperializmin müxtəlif formalarından sadəcə biridir. Dəyişməyən şey isə insanın və təbii zənginliyin istismar edilməsidir. Kapitalizm artıq yoxsul ölkələri talamaq üçün ordu göndərmək və insanları doğramaqdan daha effektiv soyğunçuluq üsulları inkişaf etdirib. Necə ki, köləlik səssizcə işçilərin əməklərini investorlara “azad şəkildə” satdığı pullu köləliyə çevrildisə, müstəmləkəçi soyğunçuluq da formasını dəyişərək “sərbəst ticarət”ə çevrildi.

Qəhvənin xərcləri

Məsələn, 2,50 funt sterlinq dəyərində bir qəhvə düşünün. Həmin qəhvəni əkən fermerə bu məbləğdən təkcə 1 penni verilir. Əvvəlki illərdə yaşıl qəhvə dənələrinin bazardakı qiyməti kilosu 2 funt sterlinqə düşərək tarixdəki ən aşağı qiymətinə çatmışdı. Bu, dünyadakı qəhvənin 94%-ni istehsal edən 25 milyon kiçik fermer üçün normal istehsal qiymətindən qat-qat aşağıdır.

Misal üçün, Mərkəzi Amerikadakı qəhvə istehsalçıları təkcə xərcləri qarşılamaq üçün kilo başına 3,30-4,10 funt sterlinqə ehtiyac duyurlar. Yəni hal-hazırda özlərinin və özlərinə kömək edən uşaqlarının ağır əməkləri qarşılığında heç nə qazana bilmirlər.

Bunun əvəzinə, borca düşür, uşaqlarının necə səfil olduğunu izləyir, bəzisi koka, tiryək və çətənə yetişdirməyə başlayır. Bir çoxu isə tarlalarını tamamilə tərk edir və ABŞ sərhədinə və ya böyük şəhərlərin ətrafındakı kasıb məhəllələrinə köçür.

Bu prosesdə isə Avropa və Şimali Amerikadan idarə edilən kapitalist şirkətlər qəhvəni qovuraraq daha çox qazanır, qəhvə satıcıları və onlara mülklərini kirayə verən sahibkarlar da bir fincan qəhvənin yarısını mənfəətə çevirirlər.

ÜDM illüziyası

Bu 2,50 sterlinq dəyərindəki qəhvənin təxminən 2 pennisi Birləşmiş Krallığın ÜDM-sinə yazılır. Bu, ÜDM illüziyasının parlaq bir örnəyidir. Maraqlı bir hoqqabazlıqla Afrika, Asiya və Latın Amerikası ölkələrinin tarlalarında, mədənlərində və yeraltı emalatxanalarında istismar edilən fermerlərin və işçilərin yaratdığı zənginlik sehrli şəkil əmək məhsullarının istehlak olunduğu ölkələrin topdan “ölkədaxili” gəlirlərində yenidən meydana çıxır. Bəli, hədsiz dərəcədə istismar edilirlər, çünki nə qədər çox işləsələr də, ailələrini dolandıra bilmirlər ya da zəngin ölkələrdəki işçilərə doğulandan bəri verilən təhsil və sağlamlıq kimi əsas haqlarını əldə edə bilmirlər.

Qəhvə ilə bağlı deyilən şeylər geyimlərimiz, alətlərimiz, mətbəx əşyalarımız və digərləri üçün də keçərlidir. Məsələn, Banqladeşdə istehsal olunmuş bir köynək üçün Primark və ya M&S-ə ödənilən 20 funt sterlinqin uzağı 1 funt sterlinqi Banqladeşin ÜDM-sində görünür. Bunun, bəlkə də, 1 pennisi həftədə 70 saat işləyərək uşağını doyurmaq üçün lazımi qədər pul qazana bilməyən işçiyə gedir. Pambığın xərcini bir kənara qoysaq, bu 20 sterlinqin böyük hissəsi məhsulun istehlak edildiyi ölkənin ÜDM-sində yer alacaq.

Son satış qiymətinin təxminən 40%-i dövlətin cibinə gedəcək, 20%-i isə ƏDV-dən əlavə olaraq böyük mağazaların mənfəətləri, mülk sahibləri ilə digər xidmət provayderləri və onlar üçün işləyən hər kəsin üzərinə düşən vergilərdən ibarətdir. Dövlət bu puldan əsgər və polis, milii sağlamlıq sistemi (NHS) və pensiya ödənişləri üçün istifadə edəcək. Yəni, məsələn, kimsə “niyə görə köçkünlərin bizim NHS-mizdən istifadə etməsinə icazə verək?”, dedikdə onlara demək lazımdır ki, köçkünlər də fonda qazanc gətirirlər. Təəssüf ki, “sol”dan heç kim hələ bunu demir.

21-ci əsrin imperializmi

Neo-liberal dönəmdə təxminən 1980-lərdən bu günə qədər kapitalistlər geyim sektorunun və digər bir çox məhsulun istehsalını aşağı gəlirli ölkələrə çevirdilər. Faktorları da belə idi: xaricdəki ucuz əməklə öz ölkələrindəki bahalı əməyi əvəz edərək qazanclarını artırmaq və beləliklə, öz işçiləri ilə birbaşa üzləşmədən xərcləri azaltmaq. “Üçüncü dünya” adlanan ölkələrin çoxu Avropa və Şimali Amerikaya ucuz şəkildə daxil oldu və istehlak malalrı yaradan nəhəng bir istehsal-ixratacat bölgəsinə çevrildi. Nəticədə, zəngin ölkələrdəki mənfəət, rifah və ictimai sülh kasıb ölkələrdəki yüz milyonlarla işçinin daha da istismar edilməsinə səbbə oldu. Bunun əsl adını qoymaq lazımdır: İmperializm. Hansı ki, bu, modern dönəmdə, kapitalist formada feodal dövrdən qalmış texnikalara əsaslanmayan, lakin lazım gəldikdə dövlət terroruna, gizli müharibə və birbaşa hərbi müdaxilələrə göz yuman yeni və müasir, kapitalist bir imperializm tərzidir.

İstehsalın qlobal miqyasda yerdəyişməsi qazancları yeniləmək və sərmayə miqdarını artırmaqla yanaşı, həm də işçilər arasındakı rəqabəti də hədsiz böyüdür. İqtisadi mübarizədə - bir qrupun kapitalist sistemdə onu devirməyə çalışan siyasi cəhdlərə qarşı öz mövqeyini qoruması və ya yüksəlməsi - artan rəqabətdən özünü qorumaq çox təbii refleksdir. Amma bu durum həmin refleksləri proqressiv etmir. İstehsal az gəlirli ölkələrə köç edərkən, həmin ölkələrdəki işçilər də xaricə köç edirlər.

Köçkünlüyə qarşı olan düşmənçilik Britaniyadakı işçiləri AB üzvlüyünə qarşı səs verməyə razı salmaq üçün ən önəmli vasitə idi. İşçilərin artan rəqabətə qarşı olan davranışı - divar tikmək və sərhədi bağlamaq çağırışı - Leninin “burjuaziyanın qanadları altına girməyə çalışan, kortəbii, müttəfiq mübarizəsi” olaraq təsvir etdiyi durumun ən aydın nümunəsidir.

İmperializmin necə inadla böyüdüyünü ətrafımıza baxaraq asanlıqla görə bilərik. Lakin liberallar, sosial demokratlar və hətta, özünü inqilabçı sosialist sayan bir çox şəxs “imperializm”lə bağlı semantik söz oyunları ilə bir çox məlumatı gizlədən statistikaların arxasına sığınırlar. İmperializmin ucaldılması iyrənc bir mənzərə yaradır, lakin imperializmi inkar etmək də get-gedə parçalanan və etibarını itirən demokratiyanın arxasındakı gizli zənginliklərin diktaturasını məhv etməyə mane olur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar