Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb
PİA.az qol.az-a istinadən xəbər verir ki,nəticələr ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 17.500 xalla 26-cı pillədə qalıb. Ölkəmizdən 1 pillə irəlidə olan Belarusun 18.625 xalı var.
Qeyd edək ki, bu gün təmsilçimiz "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə cavab oyununa çıxacaq.
pia.az