Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam sakinindən Leyla Əliyevaya müraciət - Fotolar

"Hər dəfə Sizlərə şikayət yazanda məni İcra Hakimiyyətinə çağırıb yalandan söz verirlər"

Ağdam rayonu Qaradağlı kənd sakini Məmmədova Şəbnəm Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məktub ünvanlayıb.
PİA.az xəbər verir ki, şikayət məktubunda dözülməz məişət şəraitində yaşadığını deyən Şəbnəm Məmmədova yazır:

"Hörmətli Leyla xanım!

Mən Məmmədova Şəbnəm Ağdam rayonunun cəbhə bölgəsində yerləşən Qaradağlı kəndində yaşayıram. Özüm ikinci qrup əliləm. Hər iki valideynimi itirmişəm. 90-cı illərin əvvəlində kəndimiz ətrafında gedən döyüşlər zamanı hazırda yaşadım ev zədələnib. 1994-cü ildə dövlət tərəindən evimizin arxa divarlarına bərkidici dayaq verilib. Ancaq 2016-cı il aprel döyüşlərindən sonra evimizdə dərin çatlar yaranmağa başladı. Aprel döyüşlərindən sonra cənab Prezident İlham Əliyev döyüşlər zamanı mülki əhaliyə məxsus yaşayış evlərinə, yardımçı təsərrüfatlara dəyən ziyanların aradan qaldırılması ilə bağlı sərəncam imzalayaraq dövlət büdcəsindən vəsaitlər ayırdı. 2016-cı ildə evimizin qəzalı olması ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinə müraciət etdim. Rayon İcra hakimiyyətinə etdiyim müraciətdən sonra İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin İlkin adlı əməkdaşı və kənd icra nümayəndəsinin müavini evimə baxış keçirdilər və dedilər ki, ev təmir üçün qeydə alınacaq. Ancaq bir müddət keçəndən sonra evin təmiri ilə bağlı heç bir iş görülmədiyi üçün yenidən rayon İcra Hakimiyyətinə getdim. Rayon İcra Hakimiyyətində mənə bildirdilər ki, yaşadığım evin bayır hissəsində çatlar olmadığı üçün ev təmir olunmayacaq.

Hörmətli Leyla xanım!

Mən ikinci qrup əlil ola-ola öz zəhmətim hesabına yaşayıram. Dövlət Məşğulluq xidmətindən hesabına mal-qara götürüb saxlayıram. Sosial vəziyyətimin çətinliyinə görə Heydər Əliyev Fondunun qeydiyyatındayam. Sizlərə təşəkkür edirəm ki, əlamətdar günlərdə, bayramlarda mənə ərzaq yardımları edirsiniz. İkinci qrup əlil olaraq dövlətdən pensiya alıram. Amma təəssüflər olsun ki, yaşadığım evin təmiri mənim imkanım xaricindədir. Dərmanlarıma pulu zorla çatdırıram. Yaşadığım vəziyyətin acınacaqlı olması ilə bağlı ötən ilin sonlarında rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverən Əliyevin qəbulunda oldum. Yaşayışımın dəhşətli olduğunu dedim. Allahverən müəllim mənə dedi ki, dur otaqdan çıx. Mən də ağlayaraq otaqdan çıxdım. Hər dəfə Sizlərə şikayət məktubu yazandan sonra məni İcra Hakimiyytinə dəvət edib yalandan söz verirlər. Rayon rəhbərliyi cəbhə kəndində yerləşən bir kənddə təkbaşına yaşayan mənim kimi köməksiz insanlara dəstək olmaqdansa bizləri get-gələ salır, problemlərimizin həllinə yardımçı olmurlar.

Hörmətli Leyla xanım!

Sizdən çox xahiş edirəm. Mənim hər iki valideynimi itirdiyimi, ikinci qrup əlil olduğumu, düşmənlə üz-üzə olan kənddə təkbaşına yaşadığımı nəzərə alaraq evimin təmir olunması ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinə tapşırıq verəsiniz.

Sizə böyük ümidlərlə Məmmədova Şəbnəm

Əlaqə: 050 895 49 72". (Demokrat.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar