Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Guya Ermənistan Azərbaycandan demokratikdir...” - Əli Əhmədov

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, eyni zamanda baş nazirin müavini vəzifəsində çalışan Əli Əhmədov “Facebook” səhifəsində Azərtbaycan müxalifəti haqqında ittiham dolu paylaşım edib

PİA.az xəbər verir ki, Ə. Əhmədov müxalifət və mühacirətdə olan ictimai-siyasi fəalları tənqidlərində Ermənistan faktorundan yararlanmaqda ittiham edib:

Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb”.

Əli Əhmədov əlavə edib ki, xüsusilə mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı vasitələrdən istifadə etmələrindən xəbər verir:

“Hətta onlar Ermənistanın “demokratik”, “tərəqqidə olan”, “Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər. Belə yalanlardan biri bundan ibarətdir ki, guya Ermənistan parlamentində müxalifətə 30 faizlik kvota verilib, Azərbaycanda isə bu təcrübə yoxdur.

Beləliklə, onların yalanları sayəsində Ermənistanın guya daha demokratik imici “yaradılır”. Əvvəla, onlar ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, parlamentdə müxalifətə və ya digər siyasi partiyalara kvota verilməsi demokratiya anlayışı ilə qətiyyən bir araya sığmır.

Çünki bu halda deputatların seçilməsindən deyil, kvotaya uyğun olaraq təyin olunmasından söhbət gedə bilər. İkincisi isə, mühacir müxalifətin Ermənistanı daha “demokratik” ölkə qismində göstərmək üçün bəh-bəhlə təriflədiyi “kvota” məsələsi tamamilə ağ yalan, uydurmadır.

Ermənistan konstitusiyasına əsasən parlamentdə kvota praktikası tətbiq olunmur. Ümumiyyətlə, heç bir demokratik dövlətdə belə praktika yoxdur”.

Əli Əhmədovun sözlərinə görə, mühacir müxalifət internet televiziyalarında Ermənistanın baş nazirinin daha “demokratik” obrazını yaratmaq məqsədilə Paşinyanın Dağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı keçmiş prezident Serj Sarkisyanın onu müşayiət etməsi milli birlik naminə atılan “möhtəşəm” jest kimi qiymətləndirilir:

“Lakin həmin jest sahibinin digər keçmiş prezident Koçaryanı həbsə atdırması barədə söhbət açılmır. Səbəbi isə çox sadədir: bu onların uydurduğu “demokratik, milli birliyi təmin olunmuş” Ermənistan obrazına, başqa sözlə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir”.

YAP sədrinin müavini daha sonra yazır: “Həmin TV kanallarında Ermənistanın “inkişaf edən, çiçəklənən” ölkə obrazında təqdim etmək naminə Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dolğun olar.

Ancaq bizi narahat edən müxalifətin nə sifəti, nə də rəngidir. Narahatçılığımız mühacir müxalifətin öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökməsindədir. Erməni tərəfi, heç şübhəsiz, həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı “demokratik”, Azərbaycanı isə “qeyri-demokratik” ölkə kimi qələmə vermək cəhdlərindən Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində apardıqları təbliğatında faydalanmağa çalışacaq.

Bizi narahat edən, bizdə müxalifətin həmin hərəkətinə qarşı ikrah hissi yaradan məhz budur. İmkan verilməməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizlətməyən müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlində təhlükəli alətə çevrilsin.

Əminəm ki, Azərbaycan xalqı, milli ruhlu bütün siyasi qüvvələr xarici himayədarlar və pullar hesabına anti-Azərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyliyi, dövlət və dövlətçilik ətrafında daha sıx birləşməklə layiqli cavab verəcək”. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar