Daha bir azərbaycanlı “İnterpol”-un beynəlxalq axtarışda olan şəxslər siyahısına daxil edilib
PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu, 1992-ci ildə anadan olan Elnur Rəcəboğludur. Elnur Qax rayonunun Güllük kəndində anadan olub. Onun terror qruplaşmasına dəstək verməkdə təqsirləndirildiyi qeyd olunub.
27 yaşlı azərbaycanlı barədə Azərbaycanın istintaq orqanı cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Məhkəmə E.Rəcəboğlu barədə həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Həmin qərar əsasında “İnterpol” E.Rəcəboğlu barədə beynəlxalq axtarış elan edib.
pia.az