Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-ın ziyanla işləməsinin səbəbkarı Cahangir Əsgərovdur?..

AZAL-ın dövlətdən külli miqdarda yardım alması şəraitində ziyanla işləməsinin səbəbləri nədir?..

İqtisadçı-ekspert: “Gəlin 20-30 manat baha olsa belə, biletlərimizi ölkədə fəaliyyət göstərən xarici aviaşirkətlərdən alaq və birgə AZAL-ı boykot edək, bəlkə bu cür bir nəticə əldə edə bildik”

“Sərnişinlərin 99,8%-i dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin payına düşdüyü halda bu zərərin necə yarandığı maraq doğurur. Məlumdur ki, şirkətə büdcədən 100 milyardlarla dollar pul ayrılır”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova 2018-ci ildə AZAL-ın zərərlə işləməsinin səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, rəsmi statistikaya görə AZAL 2018-ci ili də zərərlə başa vurub. Belə ki, 2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. Məlumata görə, bir ildə aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8% artıb.

İqtisadçı-ekspert Natiq Cəfərli AZAL-ın zərərlə işləməsi ilə bağlı bildirib ki, şirkət ölkənin ən böyük inhisarçı şirkətlərindən biridir, amma yenə də ziyanla işləyir: “Ölkənin ən böyük inhisarçı şirkətiərdən biri olasan, büdcədən ən çox yardım, dotasiya alan şirkətlər sırasında yer alasan, başqa şirkətlərin ölkəyə gəlib rəqabət yaratmasına mane olasan, regionda ən baha qiymətə bilet satasan, amma yenə rəsmi rəqəmlərə görə ziyanla işləyəsən”, deyə Natiq Cəfərli sosial şəbəkədə yazıb.

Ekspert dvurğulayıb ki, bu qədər yardımın, dövlət dəstəyinin, monopoliyanın qarşısında yenə də ziyanla işləmək fitri istedad tələb edir: “Bunu bacarmağa xüsusi fitri korrupsiya istedadı lazımdır ki, o da AZAL rəhbərliyində var. Ziyanla işləyən şirkət rəhbəri ölkədə ən varlı adamlardan biridir. Bunu izah edən tapılsa, iqtisadiyyat üzrə Nobel mükafatı həmin şəxsə veriləcək”.

AZAL-ın dövlətdən külli miqdarda yardım alması şəraitində belə ziyanla işləmə faktını PİA.az-ın əməkdaşı Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Yanacağı özümüz istehsal edirik, şirkətə dövlət tərəfindən böyük subsidiyalar verilir, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır, biletlər də yüksək qiymətə. Belə olan halda, aviaşirkətin zərərinin ildən ilə atmasının səbəbi nədir? Yaranmış zərərin bir tək açıqlaması var ki, o da korrupsiyadır”.

AZAL-ın sərnişilərə göstərdiyi xidməti tənqid edən iqtisadçı ekspert PİA.az-a açıqlamasında bildirib ki, ən yaxşı yemək servisinə görə isə “Türk Hava Yolları”nın 6-cı yerdə qərarlaşdığını halda, sosiska və ya blinçikdən ibarət “möhtəşəm” menyu ilə AZAL-ın heç yüzlüyə daxil olması belə mümkün deyil:

“2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlərin (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qaldığı deyilir. Sərnişinlərin 99,8%-i dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin payına düşdüyü halda bu zərərin necə yarandığı maraq doğurur. Məlumdur ki, şirkətə büdcədən 100 milyardlarla dollar pul ayrılır. AZAL-ın təkcə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyətinə görə, dövlət büdcəsindən hər il 10 milyon manatdan çox dotasiya aldığı bildirilir. Yanacağı özümüz istehsal edirik, şirkətə dövlət tərəfindən böyük subsidiyalar verilir, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır, biletlər də yüksək qiymətə. Belə olan halda, aviaşirkətin zərərinin ildən ilə atmasının səbəbi nədir?

Yaranmış zərərin bir tək açıqlaması var ki, o da korrupsiyadır. Xatırlayırsınızsa, milyardlarla dollar yeyinti faktı ilə bağlı 2016-cı ildə guya Hesablama Palatası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlamaları aparırdı. Həmin yoxlamaların nəticələri necə oldu? Kim bilir?

Ümumiyyətlə, palatanın keçirdiyi yoxlamaların nəticəsi olaraq indiyədək hər-hansı bir vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edildiyini eşitmisinizmi?

Vüsalə Əhmədova: “Vətəndaşlarımız AZAL-ın soyğunçuluq siyasətinin nəticəsi olaraq məcburən Gürcüstana gedib, oradan xarici ölkələrə səfər etməli olurlar”.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslər intizam, mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar və komissiya bu şəxslər barədə rəsmi dövlət qəzetində məlumat dərc etməlidir.

Vətəndaşlarımız isə AZAL-ın soyğunçuluq siyasətinin nəticəsi olaraq məcburən Gürcüstana gedib, oradan xarici ölkələrə səfər etməli olurlar. Cənab Cahangir Əsgərov ölkədə fəaliyyət göstərən demək olar ki, bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı.

Bildiyiniz kimi, “Azərbaycan Hava Yolları” şirkəti 2015-ci ilin mart və aprel aylarında iki büdcə hava yolları olan, Macarıstanın “WizzAir” və Türkiyənin “Pegasus” hava yollarının Azərbaycanda fəaliyyətini dayandırdı. Bu iki hava yolları şirkəti təyyarə biletlərinin ucuzluğuna görə səyahətçilər arasında çox populyardır. Avropada bu cür hava yolları şirkətləri dar büdcəli vətəndaşlara əlverilşli imkanlar yaradır. Sonradan Macarıstana məxsus “WizzAir” aviaşirkətinin ölkədə fəaliyyəti təkrar bərpa edilsə də, şirkət Bakıdan ancaq Budapeştdə uçuşlar həyata keçirir və qiymətləri də heç də ucuz deyil. Məsələn, sentyabr ayı üçün bu şirkətin Bakı-Budapeşt reyslərinin qiyməti 189,99-209,99 avro arasında dəyişir. Hansı ki, “WizzAir” Gürcüstandan Avropanın 8 ölkəsinə uçuşlar həyata keçirir və qiymətlər də maksimum 66 avro təşkil edir.

Hava limanı AZAL-ın nəzarətində olduğu üçün digər aviaşirkətlərə şərtlərini diktə edir və beləcə büdcə aviaşirkətlərinin Azərbaycan istiqamətində reyslərinin qiyməti bahalı hal alır. Azərbaycan yeganə ölkədir ki, aviaşirkət hava limanının sahibidir və burada göstərilən bütün xidmətlər “SilkWay Holding”in nəzarətindədir. Hazırda dünya üzrə ucuz aviadaşımalar həyata keçirən bir sıra aviaşirkətin Azərbaycan bazarına daxil olmasını təmin etmək olar. Məsələn, İrlandiyanın “Ryanair” aviaşirkətində Tbilisi-Milan səfərinin qiyməti cəmi 35.88 avro təşkil edir, hansı ki, həmin tarixdə Bakıdan Milana uçuş AZAL ilə 592.32 manatdır. Ümumiyyətlə bu aviaşirkətin biletlərinin qiyməti maksimum 50-60 avrodur.

Vüsalə Əhmədova: “Gəlin 20-30 manat baha olsa belə, biletlərimizi ölkədə fəaliyyət göstərən xarici aviaşirkətlərdən alaq və birgə AZAL-ı baykot edək, bəlkə bu cür bir nəticə əldə edə bildik”.

Britaniyanın nüfuzlu konsaltinq şirkəti olan “SkyTrax” hər il “SkyTrax World Airline Awards” adı altında dünya üzrə aviaşirkətlərin bir çox sahədə reytinq cədvəlini müəyyən edir. 2019-cu ilin reytinq cədvəlində ən yaxşı hava yolu şirkətləri arasında ilk üçlükdəkilər “Qatar Airways”, “Singapore Airlines” və “Japan ANA All Hippon” şirkətləridir. Ən yaxşı “Business Class Lounge”ları arasında “Türk Hava Yolları” reytinq cədvəlində 1-ci yerdədir. Ən yaxşı yemək servisinə görə isə “Türk Hava Yolları” 6-cı yerdə qərarlaşıb.

Təbii ki, sosiska və ya blinçikdən ibarət “möhtəşəm” menyu ilə AZAL-ın heç yüzlüyə daxil olması belə mümkün deyil. Uzaq səfərlərdə komforta görə yenə “Türk Hava Yolları” 100 şirkət arasında 8-ci sıradadır.

AZAL-da biletlərin qiymətlərinin baha olması bir yana, sərnişinlərə heç normal münasibət belə göstərilmir. Hətda yanvar ayında yaranmış bir insidentlə bağlı şəxsən özüm bu şirkətə şikayət məktubu ilə müraciət etmişdim. Demək olar ki, hər gün zəng vuraraq şikayətimi geri götürməmi istəyirdilər. Keçən həftə yenə də bilet üçün müraciət etməli oldum və yenə də eyni mənzərə ilə qarşılaşdım – baha qiymət və kobud kassa əməkdaşları.

Gəlin 20-30 manat baha olsa belə, biletlərimizi ölkədə fəaliyyət göstərən xarici aviaşirkətlərdən alaq və birgə AZAL-ı boykot edək, bəlkə bu cür bir nəticə əldə edə bildik. AZAL-ın siyasəti inhisarçılıq və rəqiblərin bazardan kənarlaşdırılmasıdır. Belə olan halda, Bakı hava limanının qitələrarası nəqliyyat və logistika mərkəzinə çevrilmə şansı yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar