Çərşənbə, 13 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Onlar tez alışıb, tez yandılar...

"Ulduzları" tez parladığı kimi "tez" də sönən məmur övladları

Azərbaycanda məmur karyerasındakı yüksəlişə çox gənc yaşlarda başlayan şəxslər var. Onlardan bir çoxu hələ də vəzifədədir, ancaq xeyli ad da var ki, bir vaxtlar gündəmdən düşmür, gələcəkdə daha yüksək vəzifələrə təyinat alacaqları proqnozlaşdırılırdı.
Ancaq həmin iri məmurların "ulduzları" tez parladığı kimi "tez" də söndü.

Pia.az xəbər verir ki, Qaynarinfo-nun bu araşdırması belə şəxslər haqqındadır. Onların "tez yanıb tez sönən" ulduzlarının bir də parlayıb-parlamayacağını deyə bilmərik, lakin əminik ki, indi haqqında danışacağımız adamların çoxunun karyerasının gəldiyi nöqtəni bir zamanlar kimsə hətta xəyalına da gətirə bilməzdi.

1970-ci il təvəllüdlü Rüfət Aslanlı cəmi 31 yaşında, 2001-ci ilin dekabrında Milli Məclisin qərarı ilə ölkənin baş bankının – Milli (indiki Mərkəzi – red.) Bankın İdarə Heyətinin üzvü seçilib, 35 yaşında buranın Baş direktoru vəzifəsinə təyin edilib. 2006-ci ilin dekabr ayında ikinci dəfə Milli Məclisinin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü seçilən Aslanlı 2007-ci ilin fevralında İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunanda onun cəmi 38 yaşı vardı. 8 il bu postu tutduqdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNBP) rəhbəri postuna əyləşsə də, bu vəzifədə cəmi iki il çalışdı. Ötən ildən işsiz olan R.Aslanlının sürətlə yüksələn karyerasının gözlənilmədən "qırılması" onun MNBP-dakə vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi adının xoşlagəlməz qalmaqallara qarışması ilə izah edilir: bura korrupsiya, dəbdəbəli həyat tərzi, hətta Fransada öz adına şərab istehsal etdirməsinəcən çoxsaylı səbəblər daxildir.

1979-cu il təvəllüdlü Elnur Abdullayev də karyerası tez parlayıb sürətlə də "sönənlərdən" biridir. 1979-cu il təvəllüdlü Abdullayev 2003-cü ildə Qərb Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasını bitirib. Qısa müddətdə o bir-birinin ardınca yüksək postlara təyinat alıb: öncə "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Cəmi 26 yaşında isə karyerasında növbəti iri addım atıb: o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə E.Abdullayev hazırda ləğv olunmuş Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Lakin Z.Məmmədovun "vurulmasından" qısa müddət sonra onun da karyerası zəifləməyə başladı: 2017-ci ildə tutduğu postdan kənarlaşdırıldı. Hazırda Türkiyənin "Haber Global” televiziya şirkətinin İdarə Heyətinin sədridir.

1999-cu ildə Azərbaycan üçün nadir bir hadisə yaşandı: 26 yaşlı bir gənc yüksək posta – nazir müavini vəzifəsinə gətirildi. Bu, 1973-cü il təvəllüdlü Elmar Qasımov 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsini bitirmişdi (sonradan həmin universitetin hüquq fakültəsinib də diplomunu aldı), 1996-2000-cu illərdə bu ali məktəbin aspirantı olmuşdu. E.Qasımov düz 2011-ci ilədək təhsil Nazirinin müavini vəzifəsində çalışdı. Hər kəs onu həmin vaxtkı nazir Misir Mərdanovdan sonra təhsil naziri postuna ən real namizəd kimi göstərsə də, proseslər fərqli sitiqamətdə inkişaf etdi: Mərdanovla Qasımov arasında ciiddi ixtilaflar yaranmağöa başladı, bu isə yekunda ikincinin məğlubiyyəti ilə tamamlandı. E.Qasımovun nazir müavinliyindən kənarlaşdırılması o vaxt hamı üçün gözlənilməz olmuş və təəccüblə qarşılanmışdı. Düzdür, cəmi bir il sonra Qasımov yeni vəzifə aldı: Bakı Ali Neft Məktəbinin rektoru təyin edildi. Lakin bir çoxlarının fikrincə, bu, əslində onun karyerasında geriyə doğru addımdır, çünki gözlənti təhsil naziri postu idi...

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də gənc yaşda ciddi karyera sahibi olan, sonra isə "ulduzu söpnənlərdən" biridir. 1963-cü il təvəllüdlü F.Əliyev cəmi 34 yaşında ticarət nazirinin müavini olub; bir qədər sonra isə ticarət naziri vəzifəsinə təyin olunub.

36 yaşında dövlət əmlak naziri vəzifəsinə gətirilib. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və 37 yaşlı F. Əliyev nazirliyin başçısı təyin olunub. O bu postda 4 il çalışıb və qalmaqallı şəkildə vəzifə karyerasının sonuna gəlib: 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri postunu tutan F. Əliyev öz xidməti kabinetində həbs edilib, sonradan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 8 il həbsdəq aldıqdan sonra 14 oktyabr 2013-cü ildə cəzanın çəkilməmiş hissəsi ölkə başçısı tərəfindən əfv olunub.

1962-ci il təvəllüdlü Ceyhun Osmanlı 2003-cü ildə Bakı Dövlət Universitetində politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsini bitirib, ardınca Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasına qəbul olub. 2005-ci ildə hakimiyyətyönümlü "İrəli" gənclər hərəkatının həmtəsisçilərindən biri kimi adı ön plana çıxıb, 2008-ci ildə hərəkat ictimai birliyə çevrildikdən sonjra onun sədri seçilib. 2010-cu ildə, 28 yaşında ikən 63 saylı Sabirabad birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Osmanlının karyerasındakı yüksəliş də qəfildən qırıldı: 2014-ci ildə, onun Wikileaksdə «Gülənçi»lərlə sıx əlaqələrinə dair məxfi sənəd yayıldı, Türkiyə hakimiyyətinin Fətullah Gülən camaatını terror örgütü (FETÖ) elan etməsi ilə birlikdə Azərbaycanda da bir çoxları ilə bərabər C.Osmanlının da adı tez-tez hallandırılmağa başladı. Nəticədə o, təkcə deputat mandatını yox, karyerasının daha da yüksəlməsi şansını da itirdi.

Pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: məmur

Şərh yazın.

loading...

Ən çox oxunanalar